BURADA REKLAMINIZ OLA
BİLƏR

Qıza görə qətl törədən şəxsin məhkəməsi başladı

Ali Məhkəmədə Şəmkirdə qətl törətməkdə təqsirləndirilən Rəvan Hüseynov barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlqar Qılıcovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

 

Məhkəmənin növbəti iclası aprelin 20-nə təyin edilib.

 

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Rəvan Hüseynov Cinayət Məcəlləsinin 120.1-ci maddəsi (qəsdən adam öldürmə) ilə təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd: Hadisə 2021-ci il yanvarın 5-də baş verib.

 

Şəmkir şəhər sakini, 2003-cü il təvəllüdlü Tağıyev Əhliman Kənan oğlunun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Aparılan araşdırmalarla zərərçəkmişin tanışı, 2003-cü il təvəllüdlü Hüseynov Rəvan Eynur oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı Əhliman Tağıyevə xəsarətlər yetirərək sonuncunu qəsdən öldürməsi müəyyən edilib.

 

Daha sonra o, həbs edilib.

 

İttihama görə, hadisə qız üstündə qeydə alınıb.

 

Kamal Məmmədov

Tarix: 17 Fevral 2023, 08:42   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin