BURADA REKLAMINIZ OLA
BİLƏR

Məhkəmə tanışını amansızlıqla öldürən şəxlə bağlı qərar verdi

Ali Məhkəmədə Şirvan şəhəri ərazisində qətl törətməkdə təqsirləndirilən Xəyyam Mirzəyevin barəsindəki hökmdən verilən kassasiya şikayətinə baxılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Əziz Seyidovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, onun kassasiya şikayəti təmin edilməyib.

 

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Xəyyam Mirzəyev 18 il müddətinə azadlıqdan məhrum edilib. Şirvan Apellyasiya Məhkəməsi onun şikayətini təmin etməyib.

 

Qeyd: 2021-ci il iyun ayının 18-i saat 18 radələrində Şirvan şəhəri ərazisində 1981-ci il təvəllüdlü Fəxrəddin Babayevin öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

 

Aparılan ilkin araşdırmalarla 1991-ci il təvəllüdlü X.Mirzəyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı F.Babayevə bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Onun barəsində Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

 

Daha sonra X.Mirzəyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

 

Kamal Məmmədov

Tarix: 17 Fevral 2023, 08:44   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin