BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda Əfqanıstan vətəndaşının meyiti tapıldı

Bakıda Əfqanıstan vətəndaşının meyiti tapılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə,  hadisə fevralın 16-da Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nəsimi küçəsi, ev 32a ünvanında yerləşən fərdi yaşayış evində qeydə alınıb.

 

Belə ki,  1961-ci il təvəllüdlü, Əfqanıstan vətəndaşı olmaqla, Birləşmiş Millətlər Təşkilatının Qaçqınların Ali Komissarlığı tərəfindən mandat qaçqın statusu verilmiş Gorban Masum Alının yaşadığı evində meyiti aşkarlanıb.

 

İlkin araşdırma zamanı mərhumun uzun müddət ürək çatışmamazlığından əziyyət çəkdiyi məlum olub.

 

Kamal Məmmədov

Tarix: 17 Fevral 2023, 09:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin