BURADA REKLAMINIZ OLA
BİLƏR

Zəlzələ zamanı soyuducu bizi nə dərəcədə qoruya bilər? - Ekspert açıqladı

Zəlzələ baş verən zaman ilk təkanı hiss etdiyimiz an yaşadığımız binanı tərk etmək üçün cəmi 10-15 saniyə vaxtımız olduğu deyilir. Əks halda, ev daxilində qoruna biləcəyimiz təhlükəsiz yerlər axtarmalıyıq. Bura yükdaşıyan divar, beton sütun, dəmir ayaqlı masanın altı daxildir. Lakin bəziləri iddia edirlər ki, zəlzələ zamanı soyuducunun yanında durmaq daha təhlükəsizdir.

 

Təhlükəsizlik üzrə ekspert Rəşad Rza isə Pravda.az-a açıqlamasında deyib ki, bu məsələ binanın və əşyaların dözümlülüyünə görə dəyişir.

 

Ekspertin sözlərinə görə, soyuducu daha möhkəm olduğu üçün əzilmə ehtimalı azdır: “Soyuducu bir növ dəmirdəndir, içərisi də daha möhkəm olur, buna görə də soyuducunun əzilmə ehtimalı digər əşyalara nisbətən daha azdır. Soyuducudan əlavə, insanlar zəlzələ anında keyfiyyətcə möhkəm olan bir masanın altına girə bilərlər. Amma bu, qorunmaq üçün yüz faiz zəmanət deyil. Əgər masanın üzərinə böyük bir panel düşərsə, yaxud bütöv bina çökərsə, təhlükə qaçılmazdır. Bütöv binanın çökməsinə nə soyuducu, nə də heç bir əşya davam gətirə bilməyəcək, əzib keçəcək. Bu, həm də binann möhkəmliyidən, sağlamlığından asılıdır. Zəlzələ olubsa, soyuducunun, başqa möhkəm əşyanın altında gizlənmək, hardasa, sığortadır. İnsan özü özünü sığortalayır. Pəncərə, qapı içi, yəni karkas olan yerlər də insanı saxlayır. Çünki normalda bu, betondan olur və müəyyən qədər çöküşü saxlaya bilər. Bütün bunların hamısı, əlbəttə ki, ehtimallardır. İnsanı qoruyan Allahdır. Ona görə də Allaha sığınmaq ən gözəlidir. Allaha sığınan insan hər bir halda əmin-amanlıqdadır”.

 

Aytəkin Qardaşova

Tarix: 17 Fevral 2023, 12:29   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin