BURADA REKLAMINIZ OLA
BİLƏR

Türkiyədə universitetlərdə tədris nə vaxtdan başlayacaq?

“Zəlzələ bölgəsində təhsil alan 627 minə yaxın tələbəmiz var. Rəqəmlərə nəzərən demək olar ki, bu fəlakətdən zərər çəkən tələbələrin sayı çox yüksəkdir. Ərazidə fəaliyyət göstərən 18 universitetimizin 47 mindən çox əməkdaşı var. 11 əyalətdə aparılan ilkin araşdırmalara görə, tələbə düşərgələrimizin əksəriyyətində dağıntı qeydə alınmayıb”.

 

Pravda.az “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Türkiyə Respublikası Ali Təhsil Şurasının rəhbəri Erol Özvar deyib.

 

E. Özvar bildirib ki, əsas məqsədləri təhsil sahəsindəki əvvəlki vəziyyətə geri dönməkdir: “Tələbələrimizin təhsillərini davam etdirmələri üçün 2022-2023-cü tədris ilinin yaz semestrinə fevralın 20-dən distant formada başlaya bilərik. Aprelin əvvəlindən isə tədrisi ənənəvi qaydaya keçirməyi planlaşdırırıq”.

 

Kənan

Tarix: 17 Fevral 2023, 15:52   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin