BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda məktəb müəlliminin ölümü ilə bağlı cinayət işi açıldı

Bakıda məktəb müəlliminin ölümü ilə bağlı cinayət işi açılıb.

 

Bu barədə Pravda.az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

 

Bildirilib ki, 17.02.2023-cü il tarixdə saat 06:40 radələrində Səbail rayonu Bibiheybət yolu, Su İdman Sarayının yaxınlığında 1992-ci il təvəllüdlü Abbasov Fərid Fərzi oğlu idarə etdiyi "Kia Rio" markalı avtomobillə yolu keçən piyada Bakı şəhər sakini 1964-cü il təvəllüdlü Kərimova Elza Məlik qızını vurub. Nəticədə müəllim hadisə yerində ölüb.

 

Faktla bağlı Səbail RPİ-nin İş-də CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanılmaqla istintaq aparılır.

 

Qeyd: Elza Kərimova Bakıda 246 saylı tam orta məktəbin müəllimi olub.

 

Kamal Məmmədov

Tarix: 18 Fevral 2023, 10:30   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin