Azərbaycan dövlətinin din siyasəti dövlət-din münasibətlərinin milli-mənəvi və hüquqi müstəvidə tənzimlənməsi prinsipinə əsaslanır. Ölkə daxilində mövcud ictimai-siyasi sabitlik, vətəndaş həmrəyliyi, tolerantlıq mühiti mütərəqqi tarixi ənənələrdən bəhrələnən milli siyasətin nəticəsidir. Dünya dövlətləri, xüsusən qonşu dövlətlərlə münasibətlərin inkişaf etdirilməsi Azərbaycanın dövlət siyasətinin əsas prioritetlərindəndir. Lakin bu siyasətə kölgə salmaq istəyən xarici qüvvələr, xüsusən “din” adı altında təxribat yaratmaq üçün ölkəmizə qonşu İrandan uzanan əllər Azərbaycanın daxilindəki stabilliyi pozmağa, qarışıqlıq yaratmağa cəhd edir.
Mövzu ilə bağlı Pravda.az-a fikirlərini bölüşən politoloq Rəşad Bayramov deyib ki, Azərbaycan müstəqilliyini elan etdiyi ilk gündən etibarən İran tərəfindən riyakar münasibətlə qarşılaşır.

Politoloq bildirib ki, İran 30 il müddətində Azərbaycanın ərazi bütövlüyünü tanıdığını desə də, əslində ölkəmizin güclənməsinə, bölgədə söz sahibi olmasına hər zaman qısqanclıqla yanaşıb və dövlətimizə qarşı müxtəlif mənfur əməllərə, təxribatlara əl atıb: “Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü bərpa etməsini həzm edə bilməyən Tehran rejimi dövlətimizin zəiflədilməsi üçün əlindən gələni edib. Hətta öz çirkin niyyətinə çatmaq üçün torpaqlarımızı işğalda saxlayan, dini abidələrimizi, müqəddəs məkanlarımızı dağıdan, təhqir edən düşmən Ermənistanla sıx iş birliyində olub, İrəvana hərbi, iqtisadi, siyasi yardımlar göstərib və göstərməkdə də davam edir. Molla rejiminin ölkəmizə qarşı daha bir təxribatı isə "İran şiəçiliyini" təbliğ etməklə insanların beyinlərini yumaq, onları öz təsirinə salaraq, terror əməllərinə təşviq etmək, Azərbaycanda casus şəbəkəsi yaratmaq olub. İran uzun illərdir ki, Azərbaycanda casus şəbəkəsi yaradılması istiqamətində işlər aparıb. Öz əhalisini ac-yalavac saxlayan İran qeyd edilən istiqamətdə külli miqdarda vəsait xərcləyib. Məqsəd isə cəsus şəbəkəsi vasitəsilə öz çirkin niyyətlərini həyata keçirmək, lazım olanda ölkədə qarışıqlıq, dini zəmində münaqişələr yaratmaq, hətta terror törətməklə Azərbaycana təzyiq göstərməkdir. Cəsus şəbəkəsinin qurulması, heç şübhəsiz ki, birbaşa İranın xüsusi xidmət orqanlarının nəzarəti altında həyata keçirilir. Bu prossesdə din əsas alət olsa da, maliyyə və şantaj kimi vasitələrdən də istifadə olunur. Prossesin vahid mərkəzdən idarə olunması üçün, hətta “Azərbaycan masası” adlı xüsusi bölmə də yaradılıb. Dini təhsil üçün İrana gedən gənclərimizin “beyinlərinin yuyulması”, məscid və dini ocaqlarımızda İrandan gələn mollaların apardığı təbliğat nəticəsində İran ölkəmizdə geniş cəsus şəbəkəsi formalaşdırmağa nail olub. Buraya İranın narkotik qaçaqmalçılığında istifadə olunan və sonradan şantaj edilən vətəndaşlarımızı, maliyyə problemi ucbatından molla rejiminə cəsusluq etməyə məcbur olanları da əlavə edəndə ortaya çox böyük rəqəmlər çıxmış olur”.
R.Bayramov vuğulayıb ki, indi haqqında danışdığımız, ayrı-ayrı sosial şəbəkə hesabları vasitəsilə “din” adı altında pərdələnərək aparılan kampaniya da illərlə formalaşmış həmin o şəbəkənin fəaliyyətinin ən bariz sübutudur: “Məqsəd daha çox inanclı insanımızı öz tərəflərinə çəkərək ölkədə dini və milli zəmində təxribatlar yaratmaqdan ibarətdir. İranın istədiyinə çatmaması, ölkəmizdə istər dini tolerantlıq, istərsə də milli zəmində illərdir formalaşmış ənənələrə kölgə sala bilməməsi isə bizdən asılıdır. Məscidlərimizdə, ayrı-ayrı yas mərasimlərində, dini tədbirlərdə, ictimai nəqliyyatda, sosial şəbəkələrdə məzhəbçilik, dini təfriqə yaymaq istəyənlərin, İran təbliğatı aparanların ifşa olunması üçün hər kəs əlini daşın altına qoymalı və belə şəxslər barədə dərhal müvafiq qurumlara məlumat verməlidir. Çünki rəsmi Tehran bütün fəaliyyəti ilə Azərbaycana düşmən, Ermənistana dost olduğunu ortaya qoyub. Düşmənlə mübarizə isə hər birimizin borcu olmalıdır”.
Politoloq Azad Məsiyev isə bildirib ki, Azərbaycan çoxmillətli respublikadır:

“Bu respublikada yaşayan bütün xalqlar qanun qarşısında bərabərhüquqludur. Yəni milli, dini ayrıseçkilik yoxdur, dilindən, dinindən, cinsindən, irqindən asılı olmayaraq bütün vətəndaşların qanun qarşısında bərabərlik prinsipi mövcuddur. Bu illər ərzində Azərbaycanda yaşayan bütün millətlər qardaşlıq vəziyyətində, ayrıseçkilik olmadan yaşayıb, hətta qohumluq əlaqələri quraraq bir-birinə qaynayıb-qarışıblar. Azərbaycanın daxili siyasətində multikulturalizmə xüsusi üstünlük verilir, tolerantlıq prinsipləri qorunur. Bu illər ərzində Azərbaycanda stabil dövlət, milli ayrıseçkilik olmadığına görə daxildə də stabil şərait yaranıb. Xaricdən Azərbaycan dövlətinin uğuruna sevinməyən, bu dövlətin gələcəyini istəməyən bəzi qüvvələrin Azərbaycan daxilində milli qarşıdurma, ayrıseçkilik fonunda təxribat xarakterli fəaliyyətlərinin olduğu şübhəsizdir. Bu səpkidə xarici xüsusi xidmət orqanlarının fəaliyyətini qeyd etmək lazımdır. Azərbaycan xaricdən gələn hər hansı dini cərəyanların, təxribatçı qüvvələrin qarşısını ala biləcək qüvvədədir. Azərbaycan çoxmillətli respublika olduğuna görə burada həm xristian, həm müsəlman, həm də yəhudi dinləri bərabərhüquqludur. Bütün dinlər eyni şəraitdə fəaliyyət göstərə bilir, yəni din azadlığı mövcuddur. Hər kəs Azərbaycanda dini ayrıseçkilik olmadığına görə istədiyi dini qəbul edib, ona sitayiş edə bilər. Amma din pərdəsi altında siyasi məqsədlər güdmək, siyasi fəaliyyətlə məşğul olmaq və təxribatçı hərəkətlər etmək, dini siyasətə qarışdırıb, ondan müəyyən məqsədlər üçün istifadə etmək həm din baxımından, həm də dövlət maraqlarına görə yolverilməzdir. Xaricdən gələn təxribatçı qüvvələrin qarşısını almaq iqtidarındayıq. Xaricdən səslənən fikirlərin heç bir əhəmiyyəti yoxdur. Azərbaycan öz milli və dövlət maraqlarını hər şeydən üstün tutmalıdır və tutur. Azərbaycan uzun müddət idi ki, Ermənistan tərəfindən işğal olunmuşdu. 44 günlük müharibə zamanı Azərbaycan işğalçıları öz ərazisindən çıxartdı, demək olar, Qarabağ problemini defakto həll etdi. Azərbaycanın bu uğurunu qəbul etməyən Qərb dövlətləri insan haqlarının tapdalanması, dini ayrıseçkilik kimi çalarlarla Azərbaycanın daxili siyasətinə, Azərbaycan dövlətinin uğuruna kölgə salmaq istəyir. Bu cür çağırışlar, bəyanatlar bizim üçün heç bir əhəmiyyət kəsb etmir. Daxili stabilliyimizi, sakitliyimizi qoruyub, strateji məqsədə çatmaq üçün tolerantlıq və multikulturalizm siyasətinə üstünlük verilməsi dövlət maraqlarına uyğundur. Bu səpkidə də fəaliyyət göstərilir”.
A.Məsiyev deyib ki, son vaxtlar İranla Azərbaycan arasında baş verən soyuqluq Azərbaycanın daxili siyasətinə heç bir təsir edə bilməz: “Təxribatların qarşısını almaq üçün Azərbaycanın kifayət qədər gücü var. Stabilliyin qorunması məqsədilə bütün vasitələrdən istifadə ediləcək. Son vaxtlar Ermənistanla Azərbaycan arasında böyük sülhün əldə olunması üçün müəyyən fəaliyyətlər göstərilir. Buna kölgə salmaq istəyən Qərb dövlətləri də, qonşularımız da var. Ona görə də birinci daxili stabilliyi qorumalıyıq ki, xarici siyasətimizdə uğur əldə edə bilək. Azərbaycanın daxilində stabillik qorunmayana qədər Ermənistan-Azərbaycan münaqişəsində uğur qazanmaq mümkün deyil”.
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə "Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi" mövzusu üzrə dərc olunub.
Aytəkin Qardaşova

23 Oktyabr 13:29
23 Oktyabr 13:25
23 Oktyabr 13:22
23 Oktyabr 13:17
23 Oktyabr 13:10
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:40
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:05
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
22 Oktyabr 17:20
22 Oktyabr 17:11
22 Oktyabr 17:09
22 Oktyabr 16:58
22 Oktyabr 16:50
22 Oktyabr 16:49
22 Oktyabr 16:43
22 Oktyabr 16:29
22 Oktyabr 16:27
22 Oktyabr 16:19
22 Oktyabr 16:17
22 Oktyabr 16:17
22 Oktyabr 16:11
22 Oktyabr 16:11
22 Oktyabr 16:05
22 Oktyabr 15:56
22 Oktyabr 15:42
22 Oktyabr 15:42
22 Oktyabr 15:38
22 Oktyabr 15:29
22 Oktyabr 15:23
22 Oktyabr 15:17
22 Oktyabr 15:12
22 Oktyabr 15:06
22 Oktyabr 14:59
22 Oktyabr 14:55
22 Oktyabr 14:50
22 Oktyabr 14:47
22 Oktyabr 14:41
22 Oktyabr 14:28
22 Oktyabr 14:22
22 Oktyabr 14:11
22 Oktyabr 14:02
22 Oktyabr 13:56
22 Oktyabr 13:46
22 Oktyabr 13:37
22 Oktyabr 13:35
22 Oktyabr 13:28
22 Oktyabr 13:21
22 Oktyabr 13:09
22 Oktyabr 12:59
22 Oktyabr 12:57
22 Oktyabr 12:50
22 Oktyabr 12:35
22 Oktyabr 12:33
22 Oktyabr 12:30
22 Oktyabr 12:27
22 Oktyabr 12:25
22 Oktyabr 12:25
22 Oktyabr 12:23
22 Oktyabr 12:20
22 Oktyabr 12:17
22 Oktyabr 12:15
22 Oktyabr 12:15
22 Oktyabr 12:07
22 Oktyabr 12:04
22 Oktyabr 12:02
22 Oktyabr 12:00
22 Oktyabr 11:54
22 Oktyabr 11:52
22 Oktyabr 11:48
22 Oktyabr 11:39
22 Oktyabr 11:32
22 Oktyabr 11:27
22 Oktyabr 11:19
22 Oktyabr 11:11
22 Oktyabr 11:08
22 Oktyabr 11:04
Ən son xəbərləri səhifəmizdən də izləyin