BURADA REKLAMINIZ OLA
BİLƏR

Masallı RİH-in sosial şəbəkədə piyada zolağının çəkilməsi ilə bağlı paylaşımı müzakirələrə səbəb oldu – FOTO

Masallı Rayon İcra Hakimiyyətinin sosial şəbəkədə rayonun Boradigah qəsəbəsi Mollaoba kənd tam orta məktəbinin önündə olan piyada zolağının yenidən rənglənməsi ilə bağlı paylaşımı müzakirələrə səbəb olub.

 

Pravda.az-ın xəbərinə görə, tənqidlər edənlər bildiriblər ki, XXI əsrdə texnikadan deyil, əl əməyindən istifadə edilməsi qəbuledilməzdir.

 

İstifadəçilər “Texnika demirəm, heç olmasa ayaq üstdə daha rahat rəngləmək üçün də alət yoxunuzdur?”, “Belə şəkil paylaşıb, özünüzü biabır etməyin, ayıbdır”, “Adam bilmir gülsün, yoxsa ağlasın. Əhalisi 225 000 olan rayonun normal texnikası yoxdur ki, belə gülünc şəkli qoyub özünüzü biabır edirsiniz?”, “Analoqu olmayan işlər gedir”, “Emulsiya ilə çəkirlər, yağışdan sonra yuyulub gedir”, “Kim yemək istəyirsə, Masallıya gəlir” tipli şərhlər yazıblar.

Fotoları təqdim edirik
Tarix: 19 Fevral 2023, 13:37   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin