BURADA REKLAMINIZ OLA
BİLƏR

Tərtərdə baş verən qətl hadisəsinin bəzi təfərrüatı məlum olub

Tərtərdə baş verən qətl hadisəsinin bəzi təfərrüatı məlum olub.

 

Pravda.az-ın xəbərinə görə, hadisə fevralın 19-u gecə saatlarında rayon ərazində qeydə alınıb.

 

Belə ki, Tərtər rayon sakini, 1979-cu il təvəllüdlü Asəf Məmmədov həyat yoldaşı, 1981-ci il təvəllüdlü Gülnar Məmmədova ilə rayonun Kəngərli kənd sakini, 1991-ci il təvəllüdlü Namiq Allahverdiyevin yaxın münasibətlərdə olduğunu öyrənib. O, gecə saat 03 radələrində yaşadığı evində arvadı Gülnarla mübahisə edib. Mübahisə zamanı Asəf arvadını çoxsaylı bıçaq zərbələri endirərək qətlə yetirib.

 

Asəf Məmmədov qisas almaq məqsədilə atası ilə birgə bənna işləyən Namiqi də öldürmək qərarına gəlib. O, əvvəl uşaqlarını evdən götürərək qardaşı Məhəbbət Məmmədovun evinə aparıb. Sonra Namiqin yaşadığı əraziyə yollanıb. Həmin gün saat 06 radələrində o, atası ilə birgə işə gedən Namiqi Tərtər rayonunun mərkəzində görüb. Asəf bu zaman üzərində olan tüfənglə Namiqi güllələyərək öldürüb.

 

Hadisədən sonra Asəf Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb və faktla bağlı Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

 

O, istintaqa ilkin ifadəsində hadisəni namus üstündə törətdiyini etiraf edib.

 

Uzun müddərdir, evli olmuş Asəf və Gülnarın 2 övladı var.

 

Məlumata görə, qətlə yetirilən Gülnar Məmmədova Tərtər Rayon İcra Hakimiyyətinin (RİH) İqtisadiyyat şöbəsində baş məsləhətçi vəzifəsində çalışırmış. 

 

Kamal Məmmədov

Tarix: 19 Fevral 2023, 21:53   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin