BURADA REKLAMINIZ OLA
BİLƏR

Keçmiş prokuror yenidən məhkəmə qarşısında

Bakı Şəhər Prokurorluğunun sabiq əməkdaşı Samir Nəsirov və onunla birlikdə təqsirləndirilən Fərid Eldarov və Mətləb Həsənov barələrindəki hökmdən kassasiya şikayəti veriblər.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəməyə müraciət edən məhkumlar barələrində bəraət hökmünün çıxarılmasını istəyirlər.

 

Şikayət hakim Ələsgər Novruzovun sədrliyi araşdırılacaq.

 

Məhkəmənin ilkin hazırlıq iclası fevralın 21-nə təyin edilib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə F.Eldarovla M.Həsənovun hər biri 5 il və S.Nəsirov isə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. M.Həsənovun barəsində seçilmiş verilmiş polisin nəzarəti qətimkan tədbiri ləğv edilib və o, məhkəmə zalından həbs olunub.

 

Qeyd: Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 312-ci (rüşvət vermə) maddəsi ilə ittiham irəli sürülüb.

 

Xatırlatma: Bakı Şəhər Prokurorluğunun sabiq idarə prokuroru Samir Nəsirov bundan əvvəl də məhkum olunub.

 

O, 2018-ci ildə vətəndaşlara qarşı 150 min manatdan çox dələduzluqda təqsirli bilinib.

 

Həmin vaxt Baş prokurorun əmri ilə prokurorluq orqanlarından xaric edilməklə xidməti araşdırma materialları üzrə cinayət işi başlanıb və barəsində həbs qətimkan tədbiri seçilib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Nəsirova 2 il sınaq müddəti təyin edilməklə şərti cəza verilmiş və o, məhkəmə zalından azadlığa buraxılmışdı. Hökmdən dövlət ittihamçısının verdiyi apellyasiya və kassasiya protestləri təmin edilməyib.

 

Kamal Məmmədov

Tarix: 20 Fevral 2023, 08:24   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin