BURADA REKLAMINIZ OLA
BİLƏR

Həbsdə olan sabiq məhkəmə hakimi kassasiya şikayəti verdi

Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq hakim, dələduzluqda ittiham edilən Lətif Nəbiyev barəsindəki hökmdən kassasiya şikayəti verib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəməyə müraciət edən məhkum barəsində bəraət hökmünün çıxarılmasını istəyir.

 

Şikayət hakim Ələsgər Novruzovun sədrliyi araşdırılacaq.

 

Məhkəmənin ilkin hazırlıq iclası fevralın 21-nə təyin edilib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü o, 8 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi sabiq hakimin cəzasımı 4 il 6 aya endirib.

 

Qeyd: Keçmiş hakim külli miqdarda ziyan vurmaqla dələduzluqda ittiham olunub. İttihama görə, o, zərərçəkmiş Azad İbrahimova 247 min 500 dollar, Rüstəm Abdullayevə isə 59 min 700 dollar zərər vurub. L.Nəbiyev R.Abdullayevdən pulu iş qurmaq adı ilə alıb. A.İbrahimovla qohum olan L.Nəbiyev həmin şəxsin pulunu Bakıda dəniz kənarında torpaq almaq məqsədi ilə alaraq dələduzluq edib.

 

Ona Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqda) maddəsi ilə ittiham verilib. Onu da qeyd edək ki, 2008-ci ildə Məhkəmə-Hüquq Şurasının qərarı ilə L. Nəbiyevin statusundan və vəzifə səlahiyyətlərindən istifadə etməklə korrupsiya hüquqpozmasına yol verdiyinə görə intizam məsuliyyətinə cəlb edilməklə səlahiyyətlərinə xitam verilib. Daha sonra Prezidentin sərəncamı ilə vaxtından əvvəl hakimlikdən azad olunub.

 

Kamal Məmmədov

Tarix: 20 Fevral 2023, 08:27   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin