BURADA REKLAMINIZ OLA
BİLƏR

Məhkəmə müəllimi şantaj edən şəxslə bağlı qərar çıxardı

Ali Məhkəmədə Zaqatalada müəllimi şantaj etməkdə təqsirləndirilən Qafar Qafarovun (şərti) barəsindəki hökmdən verilən kassasiya şikayətinə baxılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Əziz Seyidovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, onun kassasiya şikayəti təmin edilməyib.

 

İttihama görə Zaqatala rayon sakini, 1990-cı il təvəllüdlü Qafar Qafarov fizika müəllimi, 1952-ci il təvəllüdlü Vilayət Babayevi (şərti) rüsvayedici məlumatlarla şantaj edib.

 

Belə ki, Qafar qeyri-rəsmi evlilik münasibətində olduğu Səbinə Əliyevanın (şərti) qızı Mayaya (şərti) qarşı təhsil aldığı “Yeni Tədris Mərkəzi” adlı hazırlıq kursunda da fizikadan dərs keçən müəllim Vilayət Babayev tərəfindən seksual xarakterli hərəkətlər edilməsi barədə məlumatı əldə edib.

 

Daha sonra həmin məlumatların həqiqətə uyğun olub-olmamasını yoxlamadan, həmin məlumatlar yalan olduğu halda tamah niyyəti ilə qəsdən sonuncunun əmlakını ələ keçirmək qərarına gəlib.

 

Bu məqsədlə 2021-ci ilin mayında Qafar təhsil mərkəzinin ofisinə gəlib. Orada Vilayətlə görüşüb və əldə etdiyi məlumatları ona deyib. Vilayət Babayev həmin məlumatları təkzib etməsinə baxmayaraq haqqında rüsvayedici məlumatları internetdə yayma hədəsi ilə 3000 manat tələb edib. Vilayət həmin məlumatlar yayılacağı halda ləkələnəcəyindən ehtiyat edib, tələb olunan pulu verməyə razılıq verib.

 

Qafar müəllimdən 2021-ci ilin iyun ayında ayrı-ayrı günlərdə Balakən şəhərində 3 dəfəyə cəmi 1500 manat, sonuncu dəfə isə Zaqatala şəhərində 40 manat alıb.

 

Daha sonra Vilayət Babayev hüquq-mühafizəsi orqanlarına müraciət edib və Qafar Qafarov saxlanılıb.

 

İstintaq orqanı tərəfindən Qafar Qafarovun barəsində Cinayət Məcəlləsinin 182.1-ci (hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə) maddəsi ilə ittiham elan edilib.

 

Zaqatala Rayon Məhkəməsinin hökmü ilə o, 2 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunub. Onun barəsində seçilmiş başqa yerə getməmək barədə qətimkan tədbiri ləğv olunub, həbs qətimkan tədbiri seçilib. Qafar məhkəmə zalından həbs edilib.

 

Hökmdə qeyd olunub ki, cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınan Vilayət Babayev barəsində cinayət işi ayrıca icraata götürülüb və material araşdırılması üçün istintaqa göndərilib.

 

Kamal Məmmədov

Tarix: 20 Fevral 2023, 08:32   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin