BURADA REKLAMINIZ OLA
BİLƏR

Karantində saxlanılanlar niyə buraxılmır? - TƏBİB-dən AÇIQLAMA

Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) Bakıda “Atletlər kəndi”ndən saxlanılanların etiraz etməsinə münasibət bildirib.

 

Pravda.az-ın xəbərinə görə, qurumun Mətbuat xidmətindən bildirilib ki, heç kəs karantində prosedur müddətindən artıq saxlanılmayıb: “Həmin şəxslər əsassız yerə etiraz edirlər. Bilirsiniz ki, Nazirlər Kabineti yanında operativ qərargahın bu məsələ ilə bağlı qərarı var. Qərara əsasən, karantin müddəti 14-21 gün müəyyən edilib. 14 gün bitəndə onların evə buraxılacağına dair söz verilməyib. 14 gün tamam olduqda və götürülən ikinci testin də cavabı neqativ çıxdıqda sənədləşdirmə proseduru başlayır. Həmin proses yekunlaşdıqdan və təsdiq edildikdən sonra karantin zonasının koordinatoru şəxsləri aidiyyəti üzrə evə buraxır. Sadəcə, orada saxlanılan şəxslər karantin qaydalarına sona qədər riayət etmək istəmirlər”.

 

Tarix: 7 Aprel 2020, 10:04   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin