BURADA REKLAMINIZ OLA
BİLƏR

Quldurluq etməkdə təqsirləndirilən şəxslə bağlı QƏRAR

Ali Məhkəmədə quldurluq törətməkdə təqsirləndirilən Mahir Qəfərovun (şərti) barəsindəki hökmdən verilən kassasiya şikayətinə baxılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, onun kassasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib.

 

Belə ki, Mahir Qəfərovun 11 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası 10 il 6 aya endirilib.

 

İttihama görə, hadisə 8 noyabr 2019-cu il tarixdə saat 06 radələrində Bakı-Qazax yolunun Ucar rayonunun Müsüslü kəndi ərazisindən keçən hissəsində yerləşən yol qovşağında quraşdırılmış körpünün altında qeydə alınıb.

 

Belə ki, 1995-ci il təvəllüdlü Mahir Qəfərov rayonun Məlikballı kənd sakini, 1982-ci il təvəllüdlü V.A.-nın (şərti) qarşısını kəsib. O, üzərində olan bıçaqla zərərçəkmişə qəsdən zərbələr vuraraq ona xəsarət yetirib. Daha sonra Mahir həmin şəxsə məxsus 120 manat dəyərində "Samsung J2 Prime" markalı mobil telefonu tamah məqsədi ilə ələ keçirib.

 

Kamal Məmmədov

Tarix: 20 Fevral 2023, 08:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin