BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda ana və azyaşlı oğlunu avtomobillə vurub öldürən sürücü məhkəmə qarşısında

Bakıda ana və azyaşlı oğlunu avtomobillə vuraraq ölümlərinə səbəb olmaqda təqsirləndirilən Taleh Tağıyev barəsindəki hökmdən kassasiya şikayəti verib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəməyə müraciət edən məhkum cəzasının yüngülləşdirilməsini istəyir.

 

Şikayət hakim Rəşad Abdulovun icraatına verilib.

 

Məhkəmənin ilkin hazırlıq fevralın 21-nə təyin edilib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, T.Tağıyev 7 il müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd: Hadisə 2021-ci aprelin 19-u paytaxtın Sabunçu dairəsi yaxınlığında qeydə alınıb.

 

T.Tağıyevin idarə etdiyi “Ravon” markalı avtomobil Gülnar Yuniszadə, onun oğlu Yusmir Yuniszadə və bacısı Fidan Cəfərzadəni vurub. Nəticədə ana və oğlu ölüb, F.Cəfərzadə isə ağır bədən xəsarəti alaraq xəstəxanaya yerləşdirilib.

 

Qəzanı törədən T.Tağıyev Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

 

Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb.

 

Kamal Məmmədov

Tarix: 20 Fevral 2023, 09:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin