BURADA REKLAMINIZ OLA
BİLƏR

"Bayden Rusiyanın genişlənən hücumları fonunda Putinə mesaj yollayıb ki..."

“Co Bayden keçmiş prezident Barak Obamanın kabinetində vitse-prezident olduğu illərdən Ukrayna ilə məşğul olur. Obama Ukraynanı Baydenə tapşırmışdı, o da tez-tez Kiyevə gedər və keçmiş prezident Petro Poroşenko ilə müzakirələr aparardı. Baydenin son ana qədər gizli saxlanılan indiki səfərinin xüsusi əhəmiyyəti var”.

 

Pravda.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

 

Politoloq qeyd edib ki, Bayden Amerikanın Ukraynaya yeni yardımlarını Kiyevdə ikən açıqlamağı lazım bilib: “Bayden Rusiyanın genişlənən hücumları fonunda Kreml sahibi Vladimir Putinə mesaj yollayıb ki, ABŞ Ukraynanın məğlub olmasına imkan verməyəcək və Ukrayna prezidenti Volodimir Zelenskini əks-hücuma həvəsləndirəcək. Eyni zamanda Bayden döyüşlərin gərgin olduğu hazırki günlərində Kiyevə getməklə Avropa ölkələrinə Ukraynaya hərbi texnika göndərmək məsələsində Amerika qədər cəsarətli olmağı işarə edib”.

 

Kənan

 

Tarix: 20 Fevral 2023, 16:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin