BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda 238 minlik dələduzluq edən şəxs kassasiya şikayəti verdi

Bakıda dələduzluqda təqsirləndirilən Cavanşir Qasımov barəsindəki hökmdən kassasiya şikayəti verib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəməyə müraciət edən məhkum cəzasının yüngülləşdirilməsini istəyir.

 

Şikayət hakim İlkin Rəcəbovun sədrliyi ilə araşdırılacaq.

 

Məhkəmənin ilkin hazırlıq iclası fevralın 23-nə təyin edilib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cavanşir Qasımovun 9 il müddətinə azadlıqdan məhrum edilib.

 

İttihama görə, Cavanşir Qasımov 4 nəfərdən tikinti materialları alaraq pulunu ödəməyib. Məlum olub ki, o, daha əvvəl də dələduzluğa görə məhkumluq həyatı yaşayıb.

 

Cavanşir Qasımov 2017-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə dələduzluğa görə cəza alıb. O zaman cəza şərti hesab edilib.

 

Sınaq üçün azadlıqda olduğu müddətdə yenidən cinayət törətməsi səbəbindən bu dəfə onun cəzası ağırlaşdırılıb. İttihama görə, Cavanşir Qasımov 4 nəfəri aldadıb. Onlardan tikinti materialları alıb, amma pulunu ödəməyib. Ümumi zərər 238 min manatdır.

 

Kamal Məmmədov

Tarix: 21 Fevral 2023, 09:04   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin