BURADA REKLAMINIZ OLA
BİLƏR

Günel Mövlud: “Qadınlar güclü olmayanda, kişilərdən qaçmağa yerləri olmur”

“Azərbaycanda 19 gün ərzində 9 qadın qətlə yetirilib. Qatillər bu qadınların ən yaxın adamlarıdı. Üçü ər, üçü oğul, biri qardaş, biri keçmiş ər... Ailə üzvlərimiz öldürür bizi, atalarımız, qardaşlarımız, ərlərimiz, oğullarımız...doğmamız olan, ailə üzvümüz olan heç bir kişinin bizi öldürməsindən, bıçaqlamasından, boğmasından, güllələməsindən sığortalanmamışıq. Dəhşətdir, qandondurucudur!”

 

Pravda.az-ın xəbərinə görə, bunu yazıçı Günel Mövlud bildirib.

 

O, qadınlara güclü olmağı tövsiyə edib: “Güclü olaq, əziz qadınlar, güclü olaq! Fiziki, maddi, psixoloji - hər cür güclü olaq. Biz güclü olmayanda bu kişilərdən başımızı götürüb, qaçmağa yerimiz olmur. Biz güclü olmayanda gələcək qatillərimizlə bir evdə yaşamağa məhkum oluruq. Biz güclü olmayanda, bizi öldürürlər!”

Tarix: 21 Fevral 2023, 10:53   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin