BURADA REKLAMINIZ OLA
BİLƏR

"Real Madrid" klubunun fəxri prezidenti Amansio vəfat etdi

1964-cü il futbol üzrə Avropa çempionu və İspaniyanın "Real Madrid" klubunun fəxri prezidenti Amansio 83 yaşında vəfat edib.

 

Pravda.az xəbər verir ki, bu barədə “Real Madrid”in mətbuat xidməti məlumat yayıb.

 

Amansio peşəkar səviyyədə İspaniyanın “Deportivo” (1958-1962) və “Real” (1962-1976) komandalarında çıxış edib. “Real Madrid” klubunun tərkibində futbolçu doqquz dəfə ölkə çempionu olub, üç dəfə İspaniya Superkubokunu qazanıb, bir dəfə Avropa Çempionlar Kubokunu (indiki Çempionlar Liqası) qazanıb.Futbolçu Real Madridin heyətində 418 oyun keçirib və 142 qol vurub.

 

Amansio İspaniya yığmasında 42 oyuna çıxıb, 11 qol  vurub.

 

Amansio 2 oktyabr 2022-ci ildə Real Madridin fəxri prezidenti seçilib.

 

Kənan

Tarix: 21 Fevral 2023, 11:55   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin