BURADA REKLAMINIZ OLA
BİLƏR

Hacı Qaliblə deputat oğlu arasında Bilgəhdəki mülkə görə narazılıq yaranıb? - “Arxayındır ki, atası heç vaxt haram işlərə “qol” qoymaz…”

Sabiq deputat Qalib Salahzadə deputat olan oğlu Əliabbas Salahzadə ilə Bilgəhdəki qalmaqallı mülkə görə aralarında mübahisə yaşanması, oğlunun ona qarşı çıxması barədə yayılan məlumata münasibət bildirib.

 

Q.Salahzadə Pravda.az-a açıqlamasında məlumatı təkzib edib.

 

“Oğlum o dərəcədə qabiliyyətli, mədəniyyətli adamdır ki, heç vaxt atasının sözlərinə, işlərinə qarışmır. Nə olsa belə, heç vaxt mənimlə aqressiya ilə danışmayıb. Bunu kim yayıbsa, özü bilər. Ümumiyyətlə, oğlum bu cür söz-söhbətlərə də qarışan adam deyil. Onu on-on beş gündə bir dəfə görürəm. Gəlir mənə baş çəkir, arxayındır ki, atası heç vaxt haram işlərə “qol” qoymaz. Mən yeganə deputat olmuşam ki, arxamca mənfi nəsə deməyiblər. İndiyə qədər görmüsünüz ki, parlametdə bir deputat desin “Hacı Qalib bunu düz etmədi, düz danışmadı”? Heç kim deməyib. Kimlərsə belə şaiyə yayır, şaiyə yayanların özləri ata-analarına qarşı münasibətini yoxlamaq lazımdır. Nəinki övladım, ailəmin heç bir üzvü heç vaxt sözümü iki etməyib. Heç sual da verməyiblər ki, ay ata, ay baba, ay əmi, ay dayı, filan şey niyə belədir? Bəzən eşidəndə ki, kimsə atasına, anasına qarşı hörmətsizlik edib, deyirəm, yəqin, hardasa düz olmayan tərəfləri var. Oğlum heç mənə sual verməyib ki, bu söhbətlər nədir? Ola bilər, ordan-burdan eşidib... Amma yenə də mənə sual verməyib. O tərbiyənin sahibi deyil ki, atasından soruşsun. Belə şey ola bilməz”, - Q.Salahzadə deyib.

 

Qeyd: Q.Salahzadə və sabiq spiker Rəsul Quliyev arasında Bilgəhdəki mülkə görə məhkəmə çəkişməsi gedir.

 

Aytəkin Qardaşova

Tarix: 21 Fevral 2023, 13:13   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin