BURADA REKLAMINIZ OLA
BİLƏR

Putin: Donbass problemini sülh yolu ilə həll etmək üçün hər şeyi etdik

Rusiya Prezidenti Vladimir Putin Donbass probleminin sülh yolu ilə həlli üçün əllərindən gələni etdiklərini, lakin Qərbin fərqli ssenari hazırladığını bildirib.

 

Pravda.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Rusiya-Ukrayna müharibəsinin ildönümü ərəfəsində etdiyi çıxışından bildirib.

 

Rusiya lideri bildirib ki, mərhələli şəkildə xüsusi hərbi əməliyyatlara qərar verəcəklər: “Ukraynaya nə qədər çox uzaqmənzilli silahlar göndərilsə, təhlükəni sərhədlərimizdən bir o qədər uzaqlaşdıracağıq. Cini şüşədən çıxardan Qərbdir. Qərb regional münaqişəni qloballaşdırmaq istəyir".

 

Putin əlavə edib ki, Rusiyanı döyüş meydanında məğlub etmək mümkün deyil: “Xalqımızın əksəriyyəti Donbası müdafiə etmək üçün etdiklərimizi dəstəklədi. Rus xalqına qətiyyətinə və cəsarətinə görə təşəkkür edirəm. Döyüşçülərimiz tarixi ədaləti bərpa etmək üçün mübarizə aparırlar”.

 

Kənan

Tarix: 21 Fevral 2023, 13:52   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin