BURADA REKLAMINIZ OLA
BİLƏR

Akif Çovdarov azadlığa buraxıldı

Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı Ədliyyə Nazirliyi Penitensiar 9 saylı Cəzaçəkmə Müəssisəsində icra olunub.

 

Pravda.az-ın xəbərinə görə, sərəncamla cəzaçəkmə müəssisəsindən 8 nəfər azadlığa buraxılıb.

 

Onların arasında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi general-mayor Sübahir Qurbanov da var.

Tarix: 7 Aprel 2020, 12:44   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin