BURADA REKLAMINIZ OLA
BİLƏR

Banklar dollar aldı – Manatın məzənnəsi açıqlandı

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

 

Azərbaycan Mərkəzi Bankından Pravda.az-a verilən məlumata görə, hərracda tələb 67,2 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib. Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (2 aprel 2020-ci il tarixində keçirilib – red.) müqayisədə 9,9% və ya 7,4 mln. azalıb.

 

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

 

Ümumiyyətlə, bu ilin martın 10-dan bu günə kimi 11 hərrac keçirilib ki, bu hərraclarda banklar 1 802,1 mln. dollar əldə edib.

Tarix: 7 Aprel 2020, 13:13   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin