BURADA REKLAMINIZ OLA
BİLƏR

Məhkəmə bəraət alan şəxslə bağlı qərarı elan etdi

Ali Məhkəmədə narkotik vasitələrin qanunsuz dövriyyəsində və oğurluqda təqsirləndirilən Zaur Qarayevin barəsindəki hökmdən verilən kassasiya protestinə baxılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Şahin Yusifovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, dövlət ittihamçısının apellyasiya protesti təmin edilməyib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Zaur Qarayev barəsində ittiham öz təsdiqini tapmadığından ona bəraət verilib və məhkəmə zalından azadlığa buraxılıb.

 

Qeyd: Bakı sakini Zaur Qarayev 2021-ci ilin martında saxlanılıb.

 

Belə ki, ittihamda onun avtobusda qadın sərnişinə məxsus 762 manat pulu oğurlaması və satış məqsədilə külli miqdarda narkotik saxlaması göstərilib. Qeyd olunub ki, Xətai rayonu, 35-ci polis bölməsində onun üzərindən 12 qrama yaxın heroin çıxıb.

 

Zaur Qarayev isə məhkəmədə bildirib ki, ümumiyyətlə, narkotikin heç bir növünü tanımır.

 

Məhkəmə baxışında məlum olub ki, istintaq zamanı təqdim olunan videogörüntülərlə protokolların məzmunu arasında ziddiyyətlər var. Zaur Qarayevin oğurluq və narkotik saxlama əməlləri sübuta yetirilməyib. Bundan başqa, onun əleyhinə sübutlar toplanılarkən polis tərəfindən Konstitusiyanın tələbləri kobud şəkildə pozulub, məsuliyyətə cəlb olunması məqsədilə hüquqları kobud şəkildə pozulub, sübutlar qəsdən saxtalaşdırılıb. İş üzrə ilkin materiallar toplanılarkən qeyri-hüquqi metodlardan istifadə olunub, şəxsin ağır cinayət törətməkdə ittiham olunması ilə bağlı bilə-bilə yalan ifadələr verilib. O, qanunsuz olaraq polis bölməsində saxlanılıb.

 

Hadisədən sonra pul kisəsi oğurlanan qadının pulqabısı “Ukrayna dairəsi”nin yaxınlığında JEK işçisi tərəfindən tapılıb. Zaurun üzərindən çıxan narkotikin kimə məxsus olmasının araşdırılması üçün materiallar prokurorluğa göndərilib.

 

Kamal Məmmədov

Tarix: 22 Fevral 2023, 08:36   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin