BURADA REKLAMINIZ OLA
BİLƏR

Piyadanın ölümünə görə "Baku Bus" MMC-nin sürücüsünə cinayət işi açıldı

Piyadanın ölümünə görə "Baku Bus" MMC-nin sürücüsünə cinayət işi açılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, fevralın 21-də saat 05:45 radələrində Səbail rayonu, Salyan şossesi 15 ünvanının qarşısında Ayvazov Abuzər Mahmud oğlu idarə etdiyi BMC markalı "Baku Bus" MMC-yə məxsus 99 JK 440 dövlət qeydiyyat nişanlı avtobusla piyada Sumqayıt şəhər sakini, 1955-ci il təvəllüdlü Qayıbov Qüdrət İdris oğlunu vurub.

 

Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

 

Faktla bağlı Səbail RPİ-də Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanılmaqla istintaq aparılır.

 

Kamal Məmmədov

Tarix: 22 Fevral 2023, 08:44   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin