BURADA REKLAMINIZ OLA
BİLƏR

Keçmiş arvadını öldürən şəxsin yenidən məhkəməsi başladı

Bakı Apellyasiya Məhkəməsində keçmiş arvadını qətlə yetirməkdə ittiham olunan Arzuman Fazilov barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Cavid Hüseynin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

 

Məhkəmənin növbəti hazırlıq iclası fevralın 28-nə təyin edilib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Arzuman Fazilov 18 il azadlıqdan məhrum edilib.

 

İttihama görə, ötən ilin iyulun 15-i saat 20-də Xəzər rayonu, Binə qəsəbəsi ərazisində yerləşən fərdi yaşayış evində 1982-ci il təvəllüdlü Vüsalə Əliyevanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin keçmiş əri 1978-ci il təvəllüdlü Arzuman Fazilovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirməklə Vüsalə Əliyevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

 

İstintaq orqanı tərəfindən Arzuman Fazilovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

 

Kamal Məmmədov

Tarix: 22 Fevral 2023, 08:45   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin