BURADA REKLAMINIZ OLA
BİLƏR

Atası: “Vasif Tağıyevin damağında tikişlər hələ tam açılmayıb”

“Vasifin səhhətində irəliləyiş var, Allaha şükür yaxşıdır. Hər şey qaydasındadır. Sadəcə, çənəsində problem var. Güllə çənəsindən girib, yanağından çıxıb. Damağında tikişlər hələ tam açılmayıb. Çənəsinə metal vurulub. Danışa bilmir...”

 

Bu sözləri Pravda.az-a açıqlamasında İrandakı Azərbaycan səfirliyinə silahlı hücum zamanı terrorçunun zərərsizləşdirilməsində şücaət göstərən Vasif Tağıyevin atası Natiq Tağıyev deyib.

 

“Vasif evdədir, həkim nəzarətindədir. Hər gün hospitala gedib-gəlirik. Bu gün də  xəstəxanaya gedəcəyik. Allah hər kəsin köməyi olsun…”, - N.Tağıyev bildirib.

 

Aytəkin Qardaşova

Tarix: 22 Fevral 2023, 08:52   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin