BURADA REKLAMINIZ OLA
BİLƏR

Sumqayıtda keçmiş məhkum tanımadığı şəxs tərəfindən bıçaqlandı

Sumqayıtda keçmiş məhkum tanımadığı şəxs tərəfindən bıçaqlanıb.

 

Bu barədə Pravda.az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

 

Belə ki, 20.02.2023-cü il tarixdə saat 22.20 radələrində əvvəllər məhkum olunmuş Əzimov Samir Mürşüd oğlu Sumqayıt şəhəri İnşaatçılar qəsəbəsi ərazisində bir nəfər tanımadığı şəxslə mübahisə edib. Daha sonra həmin şəxs Samiri bıçaqla qarın nahiyəsindən vurub.

 

Bıçaq xəsarəti alan keçmiş məhkum Sumqayıt TTYX-na müraciət edib.

 

Hadisə ilə bağlı Sumqayıt ŞPİ-nin 4-cü polis bölməsində araşdırma aparılır.

 

Kamal Məmmədov

Tarix: 22 Fevral 2023, 08:54   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin