BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda da zəlzələ ola bilərmi? – “Heç bir seysmoloq dəqiq proqnoz verə bilməz”

“Zəlzələ ilə bağlı birmənalı şəkildə dəqiq proqnoz yoxdur. Bilirsiniz ki, Azərbaycan seysmik bölgədə yerləşir. Bizdə də hərdən hiss olunan, hiss olunmayan təkanlar olur. Ümumiyyətlə, hiss olunmayan, kiçik ballı təkanlar hər gün baş verir. Bu, bütün dünyada belədir. Xüsusilə Türkiyədəki zəlzələdən sonra hər kəs zəlzələ ilə bağlı məlumatları izləyir. Heç bir seysmoloq zəlzələ ilə bağlı dəqiq proqnoz verə bilməz. Heç biz də verə bilmərik. Çünki zəlzələ ocaqları yerin dərin qatlarında yerləşir və dəqiq vaxt, məkan baxımından bunu proqnozlaşdırmaq qeyri-mümkündür”.

 

Bu sözləri Pravda.az-ın sorğusuna cavab olaraq Respublika Seysmoloji Xidmət Mərkəzinin informasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızı deyib.

Vüsalə Rafiqqızı: Bu il Şuşa ətrafında seysmik stansiya quraşdırılması  nəzərdə tutulur - AZƏRTAC

Qurum rəsmisi “1999-cu ildə Türkiyədə baş verən zəlzələdən sonra da Azərbaycanda zəlzələ gözlənilmədiyi deyilmişdi, lakin 2000-ci ildə Bakıda güclü zəlzələ baş verdi” fikrini səsləndirənlərə isə belə cavab verib: “2000-ci ildə Xəzər dənizində baş verən və Bakıda hiss olunan zəlzələnin 1999-cu ildə İzmitdə baş verən zəlzələ ilə heç bir əlaqəsi yoxdur. Türkiyə də, Azərbaycan da seysmik baxımdan aktiv zonadır. Seysmik aktiv zonalarda yerləşən ərazilərdə vaxtaşırı hiss olunan, hiss olunmayan, kiçik ballı zəlzələlər olur. Kiçik ballı zəlzələlər hər gün olur, lakin yer səthinə gəlib çatmadığına görə insanlar bunu hiss etmirlər. Bu, adi haldır. Azərbaycanla Türkiyənin seysmotektonik şəraiti fərqlidir, buna görə də Türkiyədəki zəlzələnin Xəzərdə baş verən zəlzələ ilə əlaqəsi yox idi və yoxdur”.

 

Aytəkin Qardaşova

Tarix: 22 Fevral 2023, 08:58   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin