BURADA REKLAMINIZ OLA
BİLƏR

“Koronavirus dünyada insan sayının azaldılması üçün düşünülən plandır” - İqtisadçı

Koronavirusdan ölən insan sayı ilə bağlı bəziləri deyir ki, dünyada HİV (SPİD)-dən, siqaretdən, alkaqoldan, ürək-damar xəstəliklərindən daha çox adam ölür. Bəziləri də bu məlumatları, rəqəmləri tirajlayaraq deyir ki, gördünüz-“vot”, hamısı oyundur. Əzizlərim, SPİD öskürməklə yayılmır, siqaretin və alkaqolun asqıranda təbi gəlmir ki, hamıya yoluxsun, ürək-damar xəstəlikləri xəstə adama əl vurub (əgər mikrob olan sahəyə dəysə) sonra əlini ağzına-gözünə vuranda insandan-insana keçmir. Koronavirusun ən böyük təhlükəli tərəfi çox bulaşdırıcı olması, daha tez yayılma effektidir.

Daha bir versiya var ki, o da çox səslənir: Koronavirus dünyada insan sayının azaldılması üçün düşünülən plandır. O qədər məntiqsiz yanaşmadır ki, tək bir arqumentlə cavab vermək olar – 2019-cu ildə dünyada avtomobil qəzalarında 1 mln. 200 min insan həyatını itirib. İndi Dünyaya qıfıl vurublar, Bəşəriyyətin az qala yarıdan çoxu karantin rejimindədir, avtomobillərdən istifadə kəskin azalıb. Mütəxəssislərin hesablamalarına görə, bu il avtomobil qəzalarında ölənlərin sayı, azı 30% azalacaq, artıq Çin, Avropa və ABŞ-da bu tendensiya var, deməli, bu il azı 350-400 min nəfər qəzalarda daha az adam itirəcəyik. Şükür ki, hələlik koronavirusdan ölənlərin sayı 75 min nəfərə yaxındır, çox güman rəqəm 200 mini keçməyəcək, çünki ölkələr artıq xəstələrin müalicəsində ciddi uğur qazanırlar. Bu kopoğlunun Masonlarında kalkulyator yoxdurmu, hesablayıb görmürlərmi ki, dünya qıfıllanmasaydı, avtoqəzalarda daha çox adam öləcəkdi, beləliklə də dünyada əhalinin artımı azalacaqdı?! Özü də, virusdan ölənlər daha çox yaşlılar, yəni, reproduktiv perspektivi olmayan insanlardır, amma qəzalarda daha çox gənclər ölür ki, onlar da nəsil artımına tövhə verirlər – o boyda masonlar bunu belə bilmirlərmi?! Nə isə...

 

Natiq Cəfərli

 

İqtisadçı

Tarix: 7 Aprel 2020, 14:21   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin