BURADA REKLAMINIZ OLA
BİLƏR

Zelenski G7 liderlərinin görüşündə iştirak edəcək

Ukrayna Prezidenti Vladimir Zelenski G7 liderlərinin fevralın 24-də keçirilməsi planlaşdırılan onlayn iclasının açılışında iştirak edəcək.

 

Pravda.az xəbər verir ki, bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno məlumat verib.

 

O, G7 liderlərinin danışıqlarında Ukraynadakı vəziyyətin əsas mövzu olacağını bildirib, lakin onlayn görüşün gündəliyinin hər hansı təfərrüatını açıqlamayıb.

 

Qeyd: Yaponiya bu il G7-yə sədrlik edir.

 

Kənan

Tarix: 22 Fevral 2023, 11:53   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin