BURADA REKLAMINIZ OLA
BİLƏR

Koronavirus xəstəsinin cəriməsi 5 dəfə azaldıldı

Ali Məhkəmədə epidemiya əleyhinə və karantin rejimlərinin pozmaqda təqsirləndirilən A.A.-nın (şərti) barəsindəki hökmdən verilən kassasiya şikayətinə baxılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Əziz Seyidovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, onun kassasiya şikayəti təmin edilib. Belə ki, A.A.-nın 2500 manat cərimə cəzası 500 manata endirilib.

 

İttihama görə, 1961-ci il təvəllüdlü A.A. koronavirus infeksiyasına yoluxub hava-damcı yolu ilə keçən yoluxucu xəstəliyin daşıyıcısı olduğunu halda 6 dekabr 2020-ci il tarixdə, axşam saatlarında yaşadığı ünvan 1-u tərk edib, “Bakı Sağlamlıq Mərkəzi” klinikasına gedib. Həmin günü saat 21:35-də oradan taksi sürücüsünün etdiyi “Peugeot 405” markalı avtomobillə yaşadığı ünvana geri qayıdarkən Nəsimi rayonu, Azadlıq prospekti ilə N.Yusifbəyli küçəsinin kəsişməsində yerləşən 2 saylı stasionar postda polis əməkdaşları tərəfindən saxlanılıb.

 

Kamal Məmmədov

Tarix: 23 Fevral 2023, 08:45   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin