Bildiyimiz kimi, Türkiyədə baş verən zəlzələdə yeni tikilən çoxmərtəbəli yaşayış binalarının da dağılması ölkəmizdə ciddi narahatlıq yaradıb. İddia olunur ki, Bakıda bir çox inşaat şirkəti standartlara əməl etmir. Müzakirələr zamanı adı hallanan inşaat şirkətlərindən biri də “Kristal Abşeron”dur. Bildirilir ki, bu şirkətə məxsus binalar çox sıx inşa edilir, məsafə gözlənilmir, sütunları ensizdir. Sosial şəbəkə qruplarında “Kristal Abşeron”a məxsus binalarda tikinti prosesini əks etdirən bir neçə foto da paylaşılıb.
Pravda.az iddiaların doğru olub-olmadığını araşdırmaq üçün “Kristal Abşeron”a sorğu ünvanlayıb.
Şirkətin İctimaiyyətlə əlaqələr şöbəsindən saytımıza daxil olan açıqlamanı olduğu kimi təqdim edirik:
“Qardaş ölkə Türkiyədə baş verən dəhşətli zəlzələlər hər birimizi dərindən sarsıtdı. Bir daha faciə zamanı həlak olanlara Allahdan rəhmət, onların yaxın və doğmalarına səbr diləyirik, yaralanan və xəsarət alanların tezliklə şəfa tapmasını arzulayırıq. Qeyd edək ki, qardaşlarımıza dəstəyimizi göstərmək adına zəlzələ baş verən ilk gündən lazımi yardımlar göstərdik və göstərməyə davam edəcəyik. Sorğunuzla bağlı bildirmək istəyirik ki, “Kristal Abşeron” imzası daşıyan bütün layihələr müvafiq dövrün norma və tələblərinə uyğun şəkildə layihələndirilib, müvafiq dövlət qurumlarının rəyi və icazəsi əsasında inşa olunub. Əlavə olaraq qeyd etmək istəyirik ki, “Kristal Abşeron”un bütün layihələrində tətbiq etdiyimiz sütunlar arası pərdə, rigel və təmələ sıvayların vurulması, təməl izolyasiyası kimi qabaqcıl inşaat metodları binalarımızda arzulanan dözümlülüyü əldə etməyə imkan verir. Layihələrimizdə bütöv təməl sistemini tətbiq edirik. Türkiyədə zəlzələ zamanı, demək olar ki, zərər görməyən, dağılmayan “TOKI Sosyal Konutları” layihəsi hazırda bizim istifadə etdiyimiz bu inşaat texnologiyasını istifadə edir. Bütöv təməl çox güclü aramatur sistemi ilə dayanıqlı şəkildə hörülmüş təməl sistemidir.
Tektonik hərəkətlənməyə qarşı tətbiq etdiyimiz metodlardan biri də sıvay sistemidir. Sıvaylar bir növ ağacı yerə bağlayan ağac kökləridir. Binanın sabit qalmasını təmin edən bu sıvaylar layihənin ehtiyaclarına uyğun say və formalarda tətbiq edilir. Binalarda zəlzələ zamanı sürüşmə və əyilmənin qarşısını almaq üçün təməlin altında hər bir sütunun üstünə düşən, dərinliyi 12 metr və en kəsiyi 60 sm olan svaylar vurulması binanın əyilməməsinə və sürüşməməsinə təminat verir. Həmçinin gələcəkdə sıvayın nəmə məruz qalmaması üçün izolyasiya qatı vurulur. Qrunt sularının təmələ birbaşa təsirinin qarşısını almaq üçün tərəfimizdən bütün layihələrdə təməl izolyasiyası prosesi həyata keçirilir. Bu proses təməl erroziyasının baş verməsinin qarşısını alır.
Kolonların dayanıqlı olması üçün pərdə (beton diafraqma) sistemini binanın bir uc nöqtəsindən digərinə qədər tam şəkildə tətbiq edirik. Məsələn, iki daşıyıcı kolon pərdə sistemi ilə bir-birinə bağlanır. Bu bağlanmış kolonlar öz-özlüyündə şaquli və üfiqi olaraq digər kolonlara da pərdə ilə bağlanır. Beləliklə, dayanıqlı sütun sistemi əldə etmiş oluruq. Bu tip pərdə sisteminə malik binanın zəlzələyə dözümlülüyü bir neçə dəfə artmış olur.
Bununla yanaşı, istifadə etdiyimiz beton M400 markalı betondur. Beton inşaatda tətbiq edilməzdən öncə laboratoriya üçün nümunə götürülür, onun keyfiyyəti, sıxlığı 7 və 28-ci gündə yoxlanılır. Həmçinin mütəmadi olaraq müvafiq dövlət qurumları tərəfindən betonun markasını təyin edən cihazla keyfiyyət yoxlaması aparılır”.
Aytəkin Qardaşova
23 Oktyabr 13:47
23 Oktyabr 13:42
23 Oktyabr 13:39
23 Oktyabr 13:35
23 Oktyabr 13:29
23 Oktyabr 13:25
23 Oktyabr 13:22
23 Oktyabr 13:17
23 Oktyabr 13:10
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:40
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:05
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
22 Oktyabr 17:20
22 Oktyabr 17:11
22 Oktyabr 17:09
22 Oktyabr 16:58
22 Oktyabr 16:50
22 Oktyabr 16:49
22 Oktyabr 16:43
22 Oktyabr 16:29
22 Oktyabr 16:27
22 Oktyabr 16:19
22 Oktyabr 16:17
22 Oktyabr 16:17
22 Oktyabr 16:11
22 Oktyabr 16:11
22 Oktyabr 16:05
22 Oktyabr 15:56
22 Oktyabr 15:42
22 Oktyabr 15:42
22 Oktyabr 15:38
22 Oktyabr 15:29
22 Oktyabr 15:23
22 Oktyabr 15:17
22 Oktyabr 15:12
22 Oktyabr 15:06
22 Oktyabr 14:59
22 Oktyabr 14:55
22 Oktyabr 14:50
22 Oktyabr 14:47
22 Oktyabr 14:41
22 Oktyabr 14:28
22 Oktyabr 14:22
22 Oktyabr 14:11
22 Oktyabr 14:02
22 Oktyabr 13:56
22 Oktyabr 13:46
22 Oktyabr 13:37
22 Oktyabr 13:35
22 Oktyabr 13:28
22 Oktyabr 13:21
22 Oktyabr 13:09
22 Oktyabr 12:59
22 Oktyabr 12:57
22 Oktyabr 12:50
22 Oktyabr 12:35
22 Oktyabr 12:33
22 Oktyabr 12:30
22 Oktyabr 12:27
22 Oktyabr 12:25
22 Oktyabr 12:25
22 Oktyabr 12:23
22 Oktyabr 12:20
22 Oktyabr 12:17
22 Oktyabr 12:15
22 Oktyabr 12:15
22 Oktyabr 12:07
22 Oktyabr 12:04
22 Oktyabr 12:02
22 Oktyabr 12:00
22 Oktyabr 11:54
22 Oktyabr 11:52
22 Oktyabr 11:48
22 Oktyabr 11:39
22 Oktyabr 11:32
22 Oktyabr 11:27
Ən son xəbərləri səhifəmizdən də izləyin