BURADA REKLAMINIZ OLA
BİLƏR

Nigar Sabirqızı: “Media Reyestrində qeydiyyata düşmək müəyyən imtiyazlardan yararlanmaq üçündür”

Media Reyestrində qeydiyyata düşə bilməməklə bağlı yazdıqlarıma MEDİA aydınlıq gətirdi. Dediklərinə görə, yazdığım birinci məsələ həllini tapıb. Yəni, departament direktoru, departament direktorunun müavini, baş redaktor və ya digər vəzifədə olsanız da, jurnalist kimi qeydiyyata alınacaqsınız. İkinci məsələyə gəlincə, MEDİA-dan bildirirlər ki, diplom və əmək kitabçasının sistemə inteqrasiya olunmaması onların yox, bu işlə məşğul olmalı olan nazirliklərin səhvidir. Bu da bir başqa problemdir. Bizim bəzi nazirliklər belə işləyir. Biz jurnalist kimi bundan əziyyət çəkiriksə, sadə vətəndaşlar nə etsin? Bir sözlə, diplom və əmək kitabçamı notariusda təsdiqlədib MEDİA-ya təqdim etdikdən sonra qeydiyyata düşəcəm.

 

Pravda.az-ın xəbərinə görə, bunu İctimai televiziyanın aparıcısı Nigar Sabirqızı bildirib.

 

“Jurnalist kimi qeydiyyata düşməmək bizim işimizə, stajımıza və ya digər nələrəsə təsir etmir. Qeydiyyata düşsək, düşməsək də, jurnalist kimi fəaliyyətimiz davam edir. Qeydiyyata düşmək məcburi deyil, öz seçimimizə bağlıdır. Bu qeydiyyat daha çox müəyyən imtiyazlardan yararlanmaq üçündür. Narahat olanlara təşəkkür edirəm, bundan istifadə etməyə çalışanlara və sevinənlərə isə arzularını yarıda qoyduğum üçün təəssüfləndiyimi bildirməklə yanaşı, tövsiyə edirəm ki, cahilliklərinə savadlanaraq son qoysunlar”, - N.Sabirqızı qeyd edib.

Tarix: 23 Fevral 2023, 12:44   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin