BURADA REKLAMINIZ OLA
BİLƏR

Stoltenberq: Putinin Ukraynada qələbə qazanmasına imkan verə bilmərik

“Qərb hələ də Ukraynanı silahla tam olaraq təmin etmir”.

 

Pravda.az xəbər verir ki, bunu NATO-nun Baş katib Yens Stoltenberq deyib.

 

O bildirib ki, Ukraynaya dəstəyi davamlı etmək üçün yeganə yol müttəfiqlərin uzunmüddətli müqavilələr bağlamasıdır: “Biz bunu etməyə başlamışıq. Hazırda Qərbin Ukraynaya silah tədarükü stabil deyil, çünki bu çox xərc tələb edir”.

 

Stoltenberq əlavə edib ki, Ukraynadakı münaqişə “logistik döyüşə” çevrilir: “NATO Ukraynanı gərəkdiyi qədər dəstəkləyəcək. Rusiya Prezidenti Vladimr Putinin Ukraynada qələbə qazanmasına imkan verə bilmərik. Bu, ukraynalılar üçün faciə olmaqla yanaşı, bizim üçün də təhlükəlidir. Zaman keçdikcə Ukrayna NATO-ya üzv olacaq. İndi əsas məsələ Ukraynanın Avropada müstəqil ölkə kimi tanınmasıdır”.

 

Kənan

Tarix: 23 Fevral 2023, 15:39   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin