BURADA REKLAMINIZ OLA
BİLƏR

Rüşvətə görə həbs edilən sabiq direktorun şikayəti əsasında məhkəmə başladı

Bakı Apellyasiya Məhkəməsində Xocasən Sağlamlıq Mərkəzinin sabiq direktoru Əliyar Məmmədov barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Anar İbrahimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

 

Məhkəmənin növbəti iclası martın 9-na təyin edilib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü o, 9 il müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd: Ə.Məmmədov Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə ittiham olunur.

 

Cinayət işi üzrə zərərçəkən şəxs qismində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu və Daxili İşlər Nazirliyinin Tibb Baş İdarəsi tanınır.

 

Kamal Məmmədov

Tarix: 24 Fevral 2023, 09:24   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin