BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Əli Kərimli düşmənlərimizlə daha tez dil tapa bilir”

“Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbəliyi ilə qazandığımız qələbə siyasi müstəvilərdə, diplomatiya sahəsində davam etməkdədir. Bir müddət öncə Beynəlxalq Ədalət Məhkəməsində Ermənistanın iddia qaldırması və əsaslandıra bilməməsi, Azərbaycan tərəfinin isə təqdim etdiyi faktların tutarlı olması öz təsdiqi tapıb. Belə ki, Ermənistan həmin ərazinin qaz və elektrik enerjisi, fiberoptik internetlə təchizatı ilə əlaqədar qəsdən, qərəzli şəkildə hansısa müdaxilə edildiyini irəli sürmüşdü. Ancaq Azərbaycanın sübutları ilə məhkəmədə bu iddiaların əsassız olması vurğulanıb. Beynəlxalq Ədalət Məhkəməsi mövqeyimizi digər məsələlərdə də dəstəkləyib. Hazırda davam edən ekoloji aksiyanın heç bir blokada şəraitinə səbəb olmadığı, yalnız humanitar məqsəd daşıdığı qeyd olunub. Azərbaycanın 10 noyabr bəyanatına, həmçinin götürdüyü öhdəliklərə sadiq olduğu məhkəmədə səsləndirilib. Bütün bunlar əlbəttə bir uğurdur. Bu uğur isə son günlər yenə bəzilərini narahat edir. Məsələn, Əli Kərimli əks təbliğat aparmaqla özü və havadarları üçün bir şans qazanmaq və iqtidarın artan gücünə kölgə salmaq istəyir.”

 

Pravda.az-ın xəbərinə görə, bunu deputat Vüqar İskəndərov deyib.

 

“Məlumdur ki, dünyada qlobal qarşıdurmalar var, hibrid müharibələr gedir. Əli Kərimli elə bilir ki, Azərbaycan xalqı informasiya vasitələrinə qulaq asmır, beynəlxalq xəbərləri dinləmir, dünyadakı faciələri görmür. Xalqın ona dəstək verməməsinin səbəbini özündən başqa hamıda axtarır. Hakimiyyəti antidemokratiklikdə, xalqı qorxaqlıq və biganəlikdə, başında saxlaya bildiyi kiçik qrupu tənbəllikdə, Qərbi demokratiyaya dəstək verməməkdə, Rusiyanı antidemokratiyaya dəstək verməkdə günahlandırır. Əli Kərimli ölkənin daxili siyasətində bircə özünü qınamır. Beynəlxalq siyasətdə də Ermənistan və İranla işi yoxdur. Ermənistanı dayanmadan tərifləyir. Bu insan xalq arasında heç bir hörmət sahibi deyil. Vaxtilə uydurduğu yalanlara artıq heç kim inanmır. Belə olduqda isə çarəni Azərbaycanın düşmənlərinin ayaqçısı olmaqda görür. Ona görə də Əli Kərimli düşmənlərimizlə daha tez dil tapa bilir. Çünki Azərbaycan xalqı reallığı görür və qiymətləndirir. Xalq görür ki, İlham Əliyev liderliyində Azərbaycan ordusu Ermənistanı müharibədə məğlub etdi və bütün xalqın alnından məğlub sözünü sildi. Üstəlik, bu müharibə beynəlxalq hüquqla əsaslandırıldı və leqal müharibə kimi nəticələri tanınmaqdadır. Bizim hər birimiz bu gün nəticələrin tamamilə tanınması, Azərbaycanın bütün ərazisində suverenliyimizin təminatı üçün, çağdaş müharibə dünyasının reallıqlarına uyğun addımlar atmalıyıq. Ekoaktivstlərin Xankəndi-Laçın yolundakı aksiyası da, dövlətimizin və xalqımızın istifadə etdiyi qanuni vasitədir. Haaqa məhkəməsi bu aksiya ilə bağlı, yəni erməni seperatizminə qarşı qanuni mübarizə aparan Azərbaycana qarşı, Ermənistanın iddiasını müdafiə edibsə, bu, ilk növbədə Ermənistanın və Məhkəmənin ədalətsizliyi deyilmi? Əli Kərimli bu məsələdə Azərbaycanı yox, Ermənistanı və Qərbi tənqid etməlidir. Tutaq ki, Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın əleyhinə bir qərar çıxdı. Bununla Əli Kərimli, sənə nə olacaq? Sən bu vətənin çörəyini yemirsən, suyunu içmirsən, havasını udmursan? Siyasətçi bu qədər balaca olarmı? İranla bağlı da hakimiyyəti tənqid edir və oradan da özünə xam xəyallarla dəstək axtarır. Heç İranla Ermənistan dostluğundan danışmır. Bu balaca siyasətçinin düşüncəsinə görə, dünyada hamı pisdir. Bircə yaxşı olan İrandır, Ermənistandır, bir də Əli Kərmlidir”, - V.İskəndərov qeyd edib.

Tarix: 24 Fevral 2023, 18:06   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin