BURADA REKLAMINIZ OLA
BİLƏR

Gəncədə avtomobilin vurduğu gənc 4 gün sonra xəstəxanada öldü

Gəncədə avtomobilin vurduğu gənc 4 gün sonra xəstəxanada ölüb.

 

Bu barədə Pravda.az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

 

Bildirilib ki, 18.02.2023-cü il tarixdə sürücü Hüseynquliyev Gəray Qalan oğlu idarə etdiyi avtomobillə Gəncə şəhəri Azərbaycan Bayrağı küçəsində hərəkətdə olarkən piyada, 2005-ci il təvəllüdlü Rəhimov Sadiq Asif oğlunu ehtiyatsızlıqdan vurub. Nəticədə piyada 24.02.2023-cü il tarixdə saat 01 radələrində yerləşdirildiyi Mingəçevir şəhər Regional Hospitalda aldığı bədən xəsarətlərindən ölüb.

 

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə cinayət işi istintaq olunur.

 

Kamal Məmmədov

Tarix: 25 Fevral 2023, 10:38   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin