BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıdakı dəhşətli qəza ilə bağlı cinayət işi açıldı

Bakıdakı dəhşətli qəza ilə bağlı cinayət işi açılıb.

 

Bu barədə Pravda.az-a hüquq-mühafizə orqanlarından məlumat verilib

 

Bildirilib ki, 24.02.2023-cü il tarixdə saat 20:55 radələrində paytaxtın Nərimanov rayonu, Z.Bünyadov prospektində Bakı şəhər sakinləri - 2002-ci il təvəllüdlü Yusifli Yusif Əliağa oğlu idarə etdiyi “Lada Granta” markalı avtomobil ilə onunla eyni istiqamətdə hərəkətdə olan 1988-ci il təvəllüdlü Kainbəyov Tağıbəy Məhəmmədbəyoviçin idarə etdiyi “Hyundai Sonata” markalı avtomobil ilə toqquşub. Daha sonra Yusif Yusifli idarəetməni itirib yolayrıcı səddini keçərək əks istiqamətdə hərəkətdə olan 1978-ci il təvəllüdlü Əliyev Mürsəl İsmayıl oğlunun idarə etdiyi “Chevrolet Cruze” markalı, 1956-cı il təvəllüdlü Atakişiyev Nəsib Qurban oğlunun idarə etdiyi “Mercedes” markalı və 2001-ci il təvəllüdlü Quliyev Orxan Etibar oğlunun idarə etdiyi “Toyota Prius” markalı avtomobillərlə toqquşub.

 

Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində “Lada Granta” markalı avtomobilin sürücüsü Yusifli Yusif Əliağa oğlu hadisə yerində ölüb, onun sərnişinləri - 2002-ci il təvəllüdlü Əlizadə Nicat Ramiz oğlu, 2002-ci il təvəllüdlü Aslanov Qismət Eyyub oğlu, “Chevrolet Cruze” markalı avtomobilin sürücüsü Əliyev Mürsəl İsmayıl oğlu və sərnişini, 1981-ci il təvəllüdlü Məmmədova Ofelya İsmayıl qızı, “Toyota Prius” markalı avtomobilin sürücüsü Quliyev Orxan Etibar oğlu və sərnişini 1966-cı il təvəllüdlü Məmmədova Yeksarə Kamil qızı və “Mercedes” markalı avtomobilin sürücüsü Atakişiyev Nəsib Qurban oğlu aldıqları xəsarətlər ilə əlaqədar “Sabunçu Tibb Mərkəzi”-nə yerləşdirilmişlər.

 

Həmin fakt üzrə Nərimanov RPİ-də 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

 

Kamal Məmmədov

Tarix: 25 Fevral 2023, 11:44   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin