BURADA REKLAMINIZ OLA
BİLƏR

Aİ-92 markalı benzinin keyfiyyəti aşağı düşüb? - AÇIQLAMA

Sürücülər son 2 həftədir, benzinin keyfiyyətinin aşağı düşdüyünü iddia edirlər. Bildirilir ki, maşın ustalarına son iki həftədə xeyli sürücü avtomobilin injektorunun işığının yanıq qalması problemi ilə bağlı müraciət edib.Yoxlama nəticəsində avtomobillərdə heç bir problem olmadığı, benzinin oktanının aşağı düşdüyü məlum olub.

 

Məsələ ilə bağlı Pravda.az-a açıqlama verən neft sahəsi üzrə tanınmış ekspert, Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bildirib ki, hazırda Aİ-95 və 98-lə bağlı problem yoxdur.

“Avro-5 standartında idxal olunan benzindir. Nə sosial şəbəkələrdə, nə də avtomobil sahəsi ilə məşğul olan bloqerlərdən belə şey eşitməmişəm. Aİ-92 Heydər Əliyev adına Neft Emalı Zavodunda istehsal edilir. Son bir ildə - ötən ilin mart ayından Aİ-92-nin keyfiyyəti yaxşılaşıb. Azərbaycan öz tarixində ən böyük həcmdə 92 markalı benzin idxal edib. Çünki modernizasiya işləri ilə əlaqədar olaraq qurğular sökülür, yeniləri tikilib istifadəyə verilir. Ona görə də Azərbaycan ötən il avro-4 standartında 93 oktan dərəcəli benzin idxal edib. Bazar iştirakçılarından maraqlansanız, görərsiniz ki, kim avtomobilinə 95 markalı benzin tökürdüsə, 93 oktanlı benzin idxalı nəticəsində artıq onların bir hissəsi 92-yə keçiblər. Hansı ki, bizdə 1 manata satılır. Yəni keyfiyyət artıb. Buna görə də benzinin keyfiyyətinin aşağı düşməsi barədə söylənən fikirlərlə razı deyiləm. Mən Amerika maşını sürürəm, 92 markalı benzin istifadə edirəm. Hiss edirəm ki, əvvəlki dövrlə müqayisədə keyfiyyət artıb. Maksimum gələn il avro-5 standartlı və 93 oktanlı benzin istehsal edəcəyik. İdxal benzinindən qurtulacağıq. Bu, istehlakçılar üçün də sərfəli olacaq. Enerji ölkəsiyik, qəribə gəlir ki, 2014-cü ildən neft məhsullarını avtmobil benzinini idxal edirik”, - İ.Şaban bildirib.

 

Aytəkin Qardaşova

Tarix: 25 Fevral 2023, 14:48   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin