“Hal-hazırda ölkəmizdə 4432 orta ümumtəhsil məktəbi var və burada 1,6 milyon şagird təhsil alır. Çox təəssüf ki, son iki il ərzində məktəblərimizdə neqativ halların sayı əvvəlki beş illə müqayisədə ciddi şəkildə artıb. Konkret faktlar üzərində təhlil aparsaq, görərik ki, belə halların baş vermə səbəbləri bir neçədir. Əsas səbəblərdən biri bilavasitə Elm və Təhsil Nazirliyinin orta ümumtəhsil məktəblərinə, ümumiyyətlə, təhsil sisteminə nəzarəti itirməsi ilə əlaqədardır. Bir neçə gün əvvəl 49 nömrəli liseydə, başqa məktəblərdə şagirdlərdən pul yığılma, digər xoşagəlməz hallarla bağlı məlumatlar yayılıb. Biləsuvar rayonu İ.İsmayılıov adına Ovçubərə kənd tam orta məktəbində direktorla müəllim arasında insident göstərdi ki, bu hal birinci dəfə deyil. Məktəbdən yayılan görüntülər müəllim və şagirdlərin artıq belə hallara adi yanaşdıqlarını göstərir. Yəni dəfələrlə baş verib. Heç kim düşünməməlidir ki, belə faktlar yayılmamlıdır. Birmənalı şəkildə yayılmalıdır. Çünki neqativ halların aradan qaldırılması üçün bundan məlumatlı olmaq lazımdır. O videolar həmin şəxslərin birbaşa fəaliyyəti ilə bağlıdır”.
Bu sözləri Pravda.az-a müsahibəsində təhsil eksperti Kamran Əsədov deyib.
Ekspert vurğulayıb ki, bu halların baş verməsinə səbəb birmənalı olaraq son iki il ərzində həyata keçirilən təyinatların keyfiyyətli olmaması ilə bağlıdır:
“İki il ərzində baxsanız, görərsiniz ki, Elm və Təhsil Nazirliyi aparatında vəzifəyə təyinatlar daha çox dostluq-tanışlıq, şəxsi münasibətlər zəminində həyata keçirilib. Eyni zamanda direktorların işə qəbulu imtahanı artıq effektiv deyil. Hal-hazırda direktorların vəzifəyə təyinatları ilə bağlı tətbiq etdiyimiz qaydalar o qədər də bacarıqlı şəxslərin direktor vəzifəsinə getməsi ilə nəticələnmir. Biləsuvarda yaşanan hadisə məktəbdə təhsil mühitinin olmadığını göstərir. Regional təhsil idarəsi məktəblərə nəzarət etmir. Ancaq öz maddi maraqları üçün… Ovçubərə kənd tam orta məktəbin yerləşdiyi Şirvan-Salyan Regional Təhsil İdarəsi yalnız məktəblərə sınaq kitabçalarını pulla satır”.
K.Əsədov bildirib ki, insident baş verən Ovçubərə məktəbində araşdırma aparılıb:
“Kiçik araşdırma apardıq. Məlum oldu ki, məktəbdə kifayət qədər qanunsuzluqlar var. Direktor özü ilə bərabər iki işçi gətirib. Amma həmin işçilər 50 kilometr aralıda həm də başqa məktəbdə işləyirlər. Eyni zamanda həmin məktəbdə rəhbər müəllimlərin bəziləri arasında xoş, etik olmayan davranış qaydaları sərgiləndiyi də məlum olub. Belə bir məktəbdə sağlam mühitdən danışmaq olmaz. Bu, təbii ki, təhsilin keyfiyyətinə mənfi təsirini göstərir. Belə halların olmaması üçün Elm və Təhsil Nazirliyi məktəblərə xəbərsiz mütəmadi yoxlamalara getməlidir. Amma biz heç vaxt nazirliyin rəhbərliyinin, əməkdaşlarının məktəbələrə yoxlamalara getdiklərini görümürük. Hətta elm və təhsil naziri özü regionda vətəndaşların qəbuluna gedəndə orada vətəndaşdan başqa hamını qəbul edir. Hal-hazırda təhsil sistemi, mühiti ölüb. Təhsil sistemini Elm və Təhsil Nazirliyi iki il ərzində məhv etdi. Sağlam mühit, hesabatlılıq, nəticəyönümlülük, daxil olan şikayətləri araşdırmaq yoxdur. Ovçubərə kənd tam orta məktəbi ilə bağlı mütəmadi Nazirliyə, Şirvan-Salyan Regional Təhsil İdarəsinə müraciətlər olub. Amma onların başları öz maddi maraqlarına qarışıb. Məktəblərdən daxil olan şikayətləri araşdırmırlar. Məktəblərdə yalnız maddi maraq naminə təyinatlara üstünlük verilir. Hesab edirəm, hazırkı təhsil mühitimiz 1990-cı illərin əvvəlindəki qədər qarışıqdır. Direktor, direktor müavinlərinin təyinatları uğurlu deyil və s. Bunların hər biri məktəb mühitini məhv edəcək”.
Aytəkin Qardaşova
23 Oktyabr 14:11
23 Oktyabr 14:09
23 Oktyabr 14:04
23 Oktyabr 13:54
23 Oktyabr 13:47
23 Oktyabr 13:42
23 Oktyabr 13:39
23 Oktyabr 13:35
23 Oktyabr 13:29
23 Oktyabr 13:25
23 Oktyabr 13:22
23 Oktyabr 13:17
23 Oktyabr 13:10
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:40
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:10
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
22 Oktyabr 17:20
22 Oktyabr 17:11
22 Oktyabr 17:09
22 Oktyabr 16:58
22 Oktyabr 16:50
22 Oktyabr 16:49
22 Oktyabr 16:43
22 Oktyabr 16:29
22 Oktyabr 16:27
22 Oktyabr 16:19
22 Oktyabr 16:17
22 Oktyabr 16:17
22 Oktyabr 16:11
22 Oktyabr 16:11
22 Oktyabr 16:05
22 Oktyabr 15:56
22 Oktyabr 15:42
22 Oktyabr 15:42
22 Oktyabr 15:38
22 Oktyabr 15:29
22 Oktyabr 15:23
22 Oktyabr 15:17
22 Oktyabr 15:12
22 Oktyabr 15:06
22 Oktyabr 14:59
22 Oktyabr 14:55
22 Oktyabr 14:50
22 Oktyabr 14:47
22 Oktyabr 14:41
22 Oktyabr 14:28
22 Oktyabr 14:22
22 Oktyabr 14:11
22 Oktyabr 14:02
22 Oktyabr 13:56
22 Oktyabr 13:46
22 Oktyabr 13:37
22 Oktyabr 13:35
22 Oktyabr 13:28
22 Oktyabr 13:21
22 Oktyabr 13:09
22 Oktyabr 12:59
22 Oktyabr 12:57
22 Oktyabr 12:50
22 Oktyabr 12:35
22 Oktyabr 12:33
22 Oktyabr 12:30
22 Oktyabr 12:27
22 Oktyabr 12:25
22 Oktyabr 12:25
22 Oktyabr 12:23
22 Oktyabr 12:20
22 Oktyabr 12:17
22 Oktyabr 12:15
22 Oktyabr 12:15
22 Oktyabr 12:07
22 Oktyabr 12:04
22 Oktyabr 12:02
22 Oktyabr 12:00
22 Oktyabr 11:54
22 Oktyabr 11:52
Ən son xəbərləri səhifəmizdən də izləyin