BURADA REKLAMINIZ OLA
BİLƏR

Müddət uzadıldı – Əlilliyi olan şəxslərin NƏZƏRİNƏ

Nazirlər Kabineti yeni növ koronavirus (COVID-19) pandemiyası ilə mübarizə şəraitində əlilliyi olan şəxslərin əlillik müddətinin uzadılması barədə qərar qəbul edib.

 

Pravda.az-ın xəbərinə görə, qərara əsasən, 2020-ci il martın 1-dən etibarən əlillik müddəti başa çatan əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların əlillik müddəti Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin bitdiyi tarixdən sonrakı ayın 1- dək uzadılıb.

Tarix: 7 Aprel 2020, 21:45   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin