BURADA REKLAMINIZ OLA
BİLƏR

“KAT Holdinq”in rəhbəri hökmdən narazıdır

Litva vətəndaşına qarşı külli miqdarda mənimsəmədə təqsirləndirilən "Kat Holdinq" MMC-nin rəhbəri Elçin Ələkbərov barəsindəki hökmdən apellyasiya şikayəti verib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsinə müraciət edən məhkum cəzasının yüngülləşdirilməsini istəyir.

 

Şikayət hakim Fərid Əyyubovun icraatına verilib.

 

Məhkəmənin ilkin hazırlıq iclası fevralın 28-nə təyin edilib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Elçin Ələkbərov 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd: "Kat Holdinq" MMC-in təsisçisi və faktiki rəhbəri Ələkbərov Elçin Bəşir oğluna Cinayət Məcəlləsinin 178.4, 179.4, 32.4, 312.1, 313 və 308.2-ci maddələri və həmin Cəmiyyətin direktoru İbadov Mail Məcid oğluna CM-nin 179.4 və 308.2-ci maddələri ilə ittiham verilib.

 

Elçin Ələkbərov barəsində Litva Respublikası vətəndaşı Povilas Pociusa məxsus 3.520.763 manat (2.070.745 ABŞ dolları) məbləğində pul vəsaitlərinin ələ keçirilərək dələduzluq edilməsinə, habelə təqsirləndirilən şəxslər tərəfindən «Kat Holdinq» MMC-yə məxsus olmaqla onlara etibar edilmiş ümumilikdə 34 şəxs tərəfindən mənzil satışına görə ödənilmiş cəmi 1.900.128,68 manat məbləğində pul vəsaitinin 1.569.404,68 manatının mənimsənilməsinə və digər cinayət əməllərinə görə ittihamlar irəli sürülüb.

 

Kamal Məmmədov

Tarix: 27 Fevral 2023, 09:04   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin