BURADA REKLAMINIZ OLA
BİLƏR

Ağır yol qəzası ilə bağlı cinayət işi açıldı

Ağstafada dəhşətli yol qəzası ilə bağlı cinayət işi açılıb.

 

Bu barədə Pravda.az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

 

Bildirilib ki, fevralın 27-si saat 00:30-da Bakı-Qazax avtomagistral yolunun Ağstafa rayonu ərazisindən keçən 465-ci kilometrliyində paytaxt istiqamətində hərəkətdə olan Xəlilov Məmməd İsrail oğlunun idarə etdiyi "VAZ-21099" markalı avtomobil Qazax istiqamətində hərəkətdə olan Əsədov Ramil Akif oğlunun idarə etdiyi “MAN” markalı TIR-ın sol yan tərəfində yerləşən yanacaq bakına dəyib.

 

Nəticədə Xəlilov Məmməd İsrail oğlu və həmin avtomobildəki sərnişin Rzayev Orxan Qəzənfər oğlu aldıqları xəsarətlər nəticəsində hadisə yerinə ölüblər.

 

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə cinayət işi başlanılıb.

 

Kamal Məmmədov

Tarix: 27 Fevral 2023, 09:18   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin