BURADA REKLAMINIZ OLA
BİLƏR

İrandan Azərbaycana gətirilən narkotiki satan şəxs şikayət etdi

Bakıda külli miqdarda narkotik vasitə əldə etmə və satmaqda ittiham olunan Xətai Əlizadə barəsindəki hökmdən kassasiya şikayəti verib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəməyə müraciət edən məhkum cəzasının yüngülləşdirilməsini istəyir.

 

Şikayət hakim Şahin Yusifovun sədrliyi ilə araşdırılacaq.

 

Məhkəmənin ilkin hazırlıq iclası fevralın 28-nə təyin edilib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Xətai Əlizadə 13 il və onunla birgə təqsirləndirilən Fərid Rəhimov 13 il və Tərlan Əhədov isə 14 il müddətinə azadlıqdan məhrum ediliblər.

 

Qeyd: Adı çəkilən şəxslər Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıblar.

 

Onlar İrandan Azərbaycana gətirilən narkotik vasitələrin satışını onlayn şəkildə həyata keçirirmişlər. Saxlanılan şəxslərdən ümumilikdə 10 kiloqrama yaxın narkotik vasitə aşkar edilərək götürülüb. Tərlan Əhədovun üzərindən isə 1 ədəd “Falcon sport” markalı tapança və ona aid 7 ədəd patron da götürülüb. Tərlan Əhədov narkotiki Əli adlı İran vətəndaşından aldığını bildirib.

 

Kamal Məmmədov

Tarix: 27 Fevral 2023, 09:32   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin