BURADA REKLAMINIZ OLA
BİLƏR

FHN-nin şəxsi heyəti Türkiyədən Bakıya nə vaxt qayıdır?

Fövqəladə Hallar Nazirliyinin zəlzələ ilə bağlı Türkiyəyə axtarış-xilasetmə işləri üçün göndərilən şəxsi heyətinin Bakıya nə zaman qayıdacağı barədə hələ ki məlumat yoxdur.

 

Bu barədə Pravda.az-ın sorğusuna cavab olaraq FHN-nin Mətbuat xidmətindən bildirilib.

 

Xatırlatma: Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələrinin xeyli hissəsi Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə fevralın 6-dan Türkiyədədir.

 

Aytəkin Qardaşova

Tarix: 27 Fevral 2023, 15:38   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin