BURADA REKLAMINIZ OLA
BİLƏR

Elmar Məmmədyarov: “Məqsədimizə yavaş-yavaş, addım-addım nail olacağıq”

“Laçın yolundakı ekoloji aksiyanı davam etdirmək lazımdır. Çünki qızıl, mis-molibden yataqlarını nəzarət altında saxlamalıyıq. Buna görə də ekoloji aksiyadan tam nəticə əldə etməliyik. Biz Laçın yolunu bağlamamışıq. Azərbaycan öz suveren torpaqlarına nəzarət etməlidir. Azərbaycana məxsus yeraltı və yerüstü sərvətləri heç kim sual altına qoya bilməz”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Azərbaycanın sabiq xarici işlər naziri Elmar Məmmədyarov deyib.

 

E.Məmmədyarov Ruben Vardanyanın Qarabağdakı “vəzifəsindən” azad edildikdən sonra hansı addımların atılması lazım olduğu barədə isə bunları deyib: “Araik, Vardanyan – kim olur-olsun. Əsas məsələ budur ki, Qarabağdakı ermənilər Azərbaycanın vətəndaşlığını tam şəkildə qəbul etməlidirlər. Ümumiyyətlə, mətbuatdakı məlumatlardan belə başa düşürəm ki, Azərbaycan hökuməti Qarabağda yaşayan ermənilərlə təmasdadır. Ona görə də gərək hansı nəticələr olacağını gözləyək. Dəfələrlə cənab Prezident də deyib ki, Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır, onlar tam şəkildə Azərbaycan Konstitusiyasına riayət etməlidirlər. Bu istiqamətdə iş gedir və bunu davam etdirməliyik. Gec-tez məqsədimizə nail olacağıq, buna bir qram şübhəm yoxdur. Heç kimdə də şübhə olmamalıdır. Onsuz da heç kim gözləmirdi ki, qısa vaxt ərzində bütün bu məsələlər həllini tapacaq. Məqsədimizə yavaş-yavaş, addım-addım nail olacağıq”.

 

Aytəkin Qardaşova

Tarix: 27 Fevral 2023, 15:56   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin