BURADA REKLAMINIZ OLA
BİLƏR

Əli Əliyev yenidən məhkəmə qarşısında

Vətəndaş və İnkişaf Partiyasının (VİP) həbsdə olan sədri Əli Əliyev barəsindəki hökmdən kassasiya şikayəti verib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəməyə müraciət edən partiya sədri barəsində bəraət hökmünün çıxarılmasını istəyir.

 

Şikayət hakim Tahir Kazımovun icraatına verilib.

 

Məhkəmənin ilkin hazırlıq iclası martın 1-nə təyin edilib.

 

Qeyd: VİP sədri Əli Əliyev 2021-ci il noyabrın 30-da qəzaya uğrayan DSX-ya məxsus "Mi-17" tipli helikopterdə sağ qalan polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilovun xüsusi ittiham qaydasında şikayəti əsasında Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə (böhtan) uyğun olaraq 5 ay müddətinə azadlıqdan məhrum olunub.

 

Daha sonra R.Ədilovun şikayəti əsasında Yasamal Rayon Məhkəməsinin qərarına görə, Ə.Əliyevə 5 ay həbs cəzası təyin olunub. Təqsirləndirilən şəxs barəsində əvvəlki cəza müddəti ilə hazırkı cəza qismən toplanaraq ümumilikdə 6 ay azadlıqdan məhrum etmə cəzası seçilib.

 

Ötən il noyabrın 22-də Sabunçu Rayon Məhkəməsində Əli Əliyevi Cinayət Məcəlləsinin 127.2.3-cü (xuliqanlıq niyyəti ilə sağlamlığa qəsdən zərər vermə) maddəsi ilə təqsirli bilinərək 3 il 5 ay müddətinə azadlıqan məhrum edib. Bakı Apellyasiya Məhkəməsi onun şikayətini təmin etməyib.

 

Sonradan hakim Yeni Azərbaycan Partiyasının keçmiş funksioneri Ramiz Göyuşovun iddiası ilə Əli Əliyevin cəzası 1 ilədək artırılıb. Ötən ilin avqustda ona qarşı dördüncü cinayət işi açılıb.

 

Kamal Məmmədov

Tarix: 28 Fevral 2023, 08:46   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin