BURADA REKLAMINIZ OLA
BİLƏR

Pol Uilan azadlığa buraxılır?

“Rusiya və ABŞ bu il ən azı bir məhbus mübadiləsi aparacaq və bu, amerikalı Pol Uilan olacaq”.

 

Pravda.az xəbər verir ki, bunu TASS-a müsahibəsində amerikalının azad edilməsi ilə bağlı danışıqlarda iştirak edən Bill Riçardson deyib.

 

B.Riçardson bildirib ki, o təbiətcə optimist insandır.

 

"Pol Uilanın bu il azadlığa çıxacağına ümid edirəm. Eyni zamanda Moskva ilə Vaşinqton arasında məhbus mübadiləsi üçün siyahıya Almaniyada həbsdə olan, 2019-cu ildə Berlində Gürcüstan vətəndaşının qətli ilə bağlı cinayət işi üzrə ömürlük həbs cəzasına məhkum edilmiş rusiyalının da daxil edilməsi mümkünsüzdür", qeyd olunub. 

 

Qeyd: Pol Uilan 2018-ci il dekabrın 28-də Moskvada Rusiya Federal Təhlükəsizlik Xidməti tərəfindən casusluqda şübhəli bilinərək saxlanılmış, yanvarın 2-də isə ABŞ dövlət katibi Maykl Pompeo vətəndaşlarının dərhal sərbəst buraxılmasını tələb etmişdi.

 

Kənan

Tarix: 28 Fevral 2023, 12:27   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin