BURADA REKLAMINIZ OLA
BİLƏR

Keçmiş tibb bacısı bəraət hökmü istəyir

Tanışlarına qarşı dələduzluqda və rüşvət verməyə təhrik etməkdə təqsirləndirilən keçmiş tibb bacısı Həvvaxanım Qasıməliyeva barəsindəki hökmdən apellyasiya şikayəti verib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsinə müraciət edən məhkum barəsində bəraət hökmünün çıxarılmasını istəyir.

 

Şikayət hakim Elbəy Allahverdiyevin icraatına verilib.

 

Məhkəmənin ilkin hazırlıq iclası martın 3-nə təyin edilib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü o, 2 il müddətinə şərti azadlıqdan məhrum olunub.

 

İttiham aktına əsasən, 2000-ci il tarixdən K.Fərəcova adına Elmi Tədqiqat Pediatriya İnstitutunda tibb bacısı vəzifəsində işləyən H.Qasıməliyeva, Aidə Zeynalova ilə görüşərək ona pensiya təyin edilməsində köməklik göstərəcəyi ilə bağlı yalan vəd verib. O bildirib ki, bunu guya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yüksək vəzifədə işləyən tanışı vasitəsilə həyata keçirəcək. Buna görə də, A.Zeynalovadan 3 min manat alıb.

 

Təqsirləndirilən şəxs bundan əlavə, pensiya düzəltdirəcəyi adı ilə tanışı Lalə Qasımovaya 6 min 600 manat, Rüstəm Qasıməliyev və Çimnaz Qasıməliyeva 3 min manat, Həbib Əliyevə 3 min manat, Elçin Atayevə 3 min manat, Təranə Abdulzadəyə qarşı 2 min 500 manat qarşı dələduzluq edib. Pullar ona əri Rasim Qasıməliyev vasitəsilə çatdırılıb.

 

Məhkəmədə ifadə verən H.Qasıməliyeva bildirib ki, ona bu işə onun birgə işləyən kiçik tibb bacısı Günay Məmmədova cəlb edib və aldığı bütün pulları da ona verib:

 

"Günay maddi vəziyyətimin aşağı olmasını, eyni zamanda ərim Rasim Qasıməliyevin taksi fəaliyyəti ilə məşğul olmasından xəbərdar idi. Ona görə, 2018-ci ilin mart ayında Günay Məmmədova mənə dedi ki rahat pul qazanmaq istəyirsənsə, özünə yaxın olan, etibar etdiyin şəxslərə sosial yardım düzəltmək təklifini et. Belə ki, aylıq 380 manat pensiya köçürülməsi üçün 2500 manat, 250 manat pensiya köçürülməsi üçün isə 2000 min manatı Günaya verməliyem o, da öz növbəsində həmin pulu “Lala xanım” dediyi şəxsə verəcək. Bundan başqa Günay mənə dedi ki, pensiya düzəltmək istəyən şəxslərdən özün üçün də artıq pul alıb qazana bilərsən".

 

Zərərçəkmişlər isə öz növbələrində onlara dəymiş maddi ziyanın ödənildiyini və təqsirləndirilən şəxsdən heç bir şikayətlərinin olmadığını deyiblər.

 

Kamal Məmmədov

Tarix: 1 Mart 2023, 08:59   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin